Günün çağırışı: Uşaqlar sosial şəbəkələrin labirintindən azad olunmalıdırlar!
04.07.2026 [12:20]
Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunvericiliklə tənzimləməsi məsələsi gündəmə gəlib. Bu günlərdə parlamentdə sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi son oxunuşda qəbul edilib. Söhbət İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşda təsdiqlənməsindən gedir. Qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qanun 12 aydan sonra qüvvəyə minəcək. Bu müddət ərzində yaş yoxlaması tətbiq ediləcək,eləcə də sosial şəbəkə platformalarının siyahısının müəyyənləşdirilməsi, maarifləndirmə, məlumatlandırma, təlimlər, texniki həllərin seçimi həyata keçiriləcək.
Sosial şəbəkələrin açdığı imkanlar və yaratdığı risklər
Biz informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə səciyyələnən Dördüncü sənaye inqilabı dövründə yaşamağımızla qürur duyuruq. Buna səbəb də var. İnternet dünyanı bizim ovcumuza daşıyır, hətta ən uzaq məkanlarda baş verənləri belə anındaca izləmək imkanımız olur. Böyüklərlə bağlı vəziyyət aydındır. Onlar internetdə, sosial şəbəkələrdə tanış olduqları kontentləri ağıl, düçüncə və təcrübə süzgəcindən keçirib dəyərləndirməkdə çətinlik çəkmirlər.
Əlbəttə, uşaqların həyatına daxil olan və onların ayrılmaq istəmədikləri, sevimli əyləncələrinə çevrilən sosial şəbəkələrin övladlarımızın qarşısında daha çox məlumat almaları, biliklərini artırmaları, yeni ünsiyyət qurmaları, dostlar qazanmaları, dünyanı virtual səyahətə çıxmaları üçün geniş imkanlar açdığını inkar etmək mümkün deyil. Ancaq nəzərə almaq lazımdır ki, uşaqların psixologiyası, həyata baxışları tam formalaşmadığına görə onların sosial şəbəkələrdə zərərli təsirlərə məruz qalma riskləri daha böyükdür. Obrazlı ifadə etsək, uşaqlar sosial şəbəkələrin labrintinə düşürlər, burada azırlar və müəyyən müddətdən sonra onları sosial şəbəkələr üzərindən aldıqları zərərli təsirlərdən qurtarmaq çox çətin olur və yaxud heç mümkün olmur.
Sosial şəbəkələr üzərindən uşaqlara zərəli təsirlərin ötürülməsindən bəhs etdikdə xüsusilə də zorakılıq, aqressiya, nifrət nitqi, saxta məlumatlar, yaşa uyğun olmayan reklamlar və vizual materiallar nəzərdə tutulur. Uşaqlar sosial şəbəkələrdə həmçinin kibertəhlükəsizlik, ailə sirlərinin ötürülməsi, təhqir, mənəvi zorakılıq, pis vərdişlərə çağırışlar və digər belə hallarla üz-üzə qalırlar. Dünyagörüşləri tam formalaşmayan uşaqlar bu təzyiqlərin gerçək məzmununu anlamaqda və düzgün qərar çıxarmaqda acizdirlər. Onlar uzun müddət əl telefonlarından, kompüterlərdən altıqları təsirlərdən yaxa qurtara bilmirlər və beləliklə də psixoloji sıxıntılara məruz qalırlar. Bir çox hallarda sosial şəbəkələr uşaqlarda asılılıq sindromu yaradır və onlar özlərinə qapanırlr. Belə uşaqlar üçün real həyatda sosiallaşma çətinləşir, onlar düşdükləri yeni mühitdə ünsiyyət qura bilmirlər. Bu kimi amillər nəzərə alınmaqla uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunvericiliklə tənzimlənməsi böyük aktuallıq daşıyır.
Yeni qanunda hansı müddəalar yer alır?
Layihə hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə təhlil edilib. Bu xüsusda, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Layihədə 16-18 yaş qrupunun platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və kontent paylaşması yalnız qanuni nümayəndəsinin razılığı və nəzarəti altında mümkün olacağı nəzərdə tutulur. Həmçinin platforma provayderlərinin uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məlumatların operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı vəzifələri müəyyən edilir. Qanun layihəsi ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə edilməsi nəzərdə tutulur.
Layihənin keçid müddəalarına əsasən, qanun qüvvəyə mindiyi gündən etibarən sosial şəbəkə platformalarına yeni tələblərə uyğunlaşmaq üçün müəyyən müddət verilir.
Qanunvericiliyə edilən dəyişikliklər heç bir halda “sosial şəbəkələrə qadağa”, “uşaqların inkişafına zərbə”, “uşaqların hüquqlarının pozulması”, “uşaqlara sosial şəbəkədə qeydiyyata qadağa” anlamında qəbul edilməməlidir. Burada əsas məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır. Dəyişikliklərdə dövlət tərəfindən uşaqların müdafiəsinin gücləndirilməsi, onların gələcəyinə qayğının davam etdirilməsi, uşaqların yetkinlik yaşına çatana qədər sosial şəbəkə mühitində fəaliyyət üçün hazırlanması, daha sonrakı dövrdə isə valideyn nəzarəti ilə icazə verilməsi və digər müsbət məqamlara diqqət çəkilib. Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir.
Ayrı-ayrı ölkələrdə fərqli yanaşmalar
Qanunvericiliyə edilən dəyişikliklər beynəlxalq təcrübə və yerli şərait nəzərə alınmaqla qlobal miqyasda gedən inkişaf meylləri ilə uzlaşır və müvafiq qanunvericilik çərçivəsində yeni tənzimləmə şərtləri yaradır. Hazırkı mərhələdə dünya ölkələrində sosial şəbəkələrin uşaqlara zərərli təsirləri ciddi narahatlıq doğurur və müxtəlif qanunvericilik tədbirləri müzakirə edilərək qəbul olunur.
Məsələn, 2025-ci ilin dekabrdında Avstraliyada müvafiq qanun qəbul edilib. Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə müxtəlif yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarka 18, İspaniyada 16, Fransada 15, ABŞ-da federal səviyyədə 17, ştatlarda isə Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada 18, Kolorado, Corciya, Luizianada 16, Floridada 14 yaş məhdudiyyətləri, eləcə də İrlandiyada OnlineSafetyCode və Böyük Britaniyada OnlineSafety Act kimi yanaşmalar mövcuddur. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib və ya etməkdədir. Qonşularımız olan Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəb?üsləri mövcuddur. Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

