Nicatı Parisdən, Tehrandan uman...
18.03.2025 [10:16]
“Sülh göyərçini” təxribat yolunu seçir
Hazırda Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi gündəmin əsas mövzusudur. Məlumdur ki, bir neçə gün öncə rəsmi Bakı iki ölkə arasında sülh müqaviləsi üzrə bütün bəndlərin razılaşdırıldığını və layihə üzrə danışıqların başa çatdığını bəyan edib. Erməni tərəfi də bu faktı təsdiqləyib, hətta müqavilənin imzalanmasının vaxtını və yerini müəyyən etmək üçün danışıqlara hazır olduğunu iddia edib.
Ənənəvi erməni hiyləgərliyi
Əslində isə bu, ənənəvi erməni hiyləgərliyindən başqa bir şey deyil. Çünki sülh üçün ümidlərin artdığı vaxtlarda erməni tərəfi həmişə təxribatlar törədib. Ermənistan bu dəfə də ənənəsinə “sadiq qalıb”. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 16-da saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Həmin gün saat 18:35 radələrində isə yenidən qarşı tərəf Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Nəzərə alaq ki, Ermənistanın bu hərbi təxribatları baş nazir Nikol Paşinyanın İran prezidenti Pezeşkian və Fransanın prezidenti Makronla telefon danışığının olduğu gün baş verib. Telefon söhbəti zamanı Paşinyan ölkə rəhbərlərini sülh müqaviləsi üzrə danışıqların başa çatması və Ermənistanın bu sənədi imzalamağa “hazır olması” barədə məlumatlandırıb. Amma sual olunur, rəsmi İrəvan sülh müqaviləsini imzalamağa hazırdırsa, nə üçün şərti dövlət sərhədində hərbi təxribatlar törədir? Əlbəttə, erməni tərəfi əvvəlki təcrübəyə əsasən faktiki sülhə maraqlı olmadığını nümayiş etdirir. Təsadüfi deyil ki, bir neçə gün öncə “caliber.az” saytı Ermənistan hakimiyyətinın xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşması barədə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir: “Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir - belə ki, keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək”.
Sülh sazişi ilə bağlı danışıqların yekunlaşmasından sonra Ermənistanda müharibəyə hazırlıqların getdiyini sübut edən digər faktlar da var. Belə ki, kütləvi informasiya vasitələri tərəfindən son günlər Ermənistanın Azərbaycanla şərti sərhəddəki erməni postlarında mühəndis-istehkam işləri həyata keçirməsi barədə video-görüntülər yayımlayıb.
Paşinyanın məqsədi nədir?
Bütün bunların fonunda sülh sazişinin qısa müddətdə imzalanması ilə mətndən kənar məsələləri arxa fona keçirməyə çalışan Paşinyanın bir sıra ölkələrin rəhbərlərinə telefon zənginin müəyyən məqsədi var. Region dövlətlərinə gəlincə, erməni baş nazir onların dəstəyini əldə edərək Azərbaycan qarşısında balansı öz xeyrinə dəyişdirməyə cəhd göstərir. Digər tərəfdən, Paşinyan yəqin ki, Fransanın timsalında Avropanın dəstəyinə nail olmaq və Parisin vasitəsilə Bakıya qarşı Qərbdən “sülh sazişinin imzalanması” çağırışlarını təşkil etməyi düşünür.
Görünən odur ki, Ermənistan Azərbaycana qarşı regional-regiondankənar təzyiq trayektoriyası formalaşdırmağa cəhd göstərir. Diplomatik addımlara paralel olaraq, şərti sərhəddə yenidən təxribatlara əl atmaları da beynəlxalq gündəliyi “regional sabitliyin yolu sülh sazişinin qısa müddətdə imzalanmasından keçir” istiqamətində formalaşdırmaq məqsədi daşıyır. Qarşıdakı dövrdə təxribatın və “sazişin tezliklə imzalanması” çağırışlarının intensivliyinin artması da istisna deyil.
Bundan əlavə, Ermənistan Azərbaycanla sərhəddə gərginlik yaratmasından Qərbdən və Hindistandan yeni silahlar alınmasını özü üçün bir bəhanə kimi istifadə edə bilər. Yəni, bu təxribatlar Ermənistan ordusunun gücləndirilməsi cəhdi üçün də istifadə olunur. Mediada yayılan məlumatlara görə, Ermənistan yeni aldığı silahları sərhəddə toplayır. Bu, bir daha həmin silahların Paşinyan hakimiyyətinin dediyi kimi müdafiə üçün deyil, hücum üçün olduğunu göstərir. Avropa İttifaqının “mülki missiyasının” Ermənistanın son təxribatlarına səssiz qalması da bu baxımdan, ciddi suallar yaradır.
İrəvan məlum şərtləri yerinə yetirməlidir
Bütün hallarda, rəsmi İrəvanın hazırkı davranışı qəbulolunmazdır. Erməni tərəfi anlamalıdır ki, Azərbaycanla sülh imzalamalıdır, belə olan təqdirdə İran və Fransa ilə yox, Bakı ilə danışmalıdır. Rəsmi Bakının mövqeyi isə aydındır. Sülh müqaviləsinin mətni üzrə danışıqlar yekunlaşsa da, sənədi imzalamaq üçün İrəvan məlum şərtləri yerinə yetirməlidir. Belə ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair iddialar aradan qaldırılmalıdır. Paşinyanın və digər erməni rəsmilərinin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” sözlərinin heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, bu məsələlər hüquqi sənədlərlə tənzimlənir. Ermənistanın konstitusiyasında, müstəqillik bəyannaməsində və parlamentinin qərarlarında ölkəmizə qarşı ərazi iddiaları hələ də mövcuddur. Ona görə də, Azərbaycan öz tələblərində haqlıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15

