“Doyçe Velle”nin təxribat və qərəzi...
02.04.2025 [09:34]
Almaniyaya məxsus “Doyçe Velle” (“Alman Dalğası”) ictimai yayımçı qurumu tərəfindən martın 30-da efirə verilmiş “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı sənədli film ölkəmizə və xalqımıza qarşı qərəzin göstəricisidir. Bu film açıq-aşkar ermənipərəst mövqe ifadə edir.
Məsələ ilə bağlı bəyanat verən Qərbi Azərbaycan İcması “Doyçe Velle”nin bu addımını qətiyyətlə pisləyib. Bəyanatda bildirilib ki, bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur. Qeyd olunub ki, veriliş ilk növbədə Azərbaycan xalqının əzablarını tamamilə gözardı edərək, tarixi faktları təhrif edir. Keçmiş münaqişə ilə bağlı tarixçəsi tam şəkildə radikal erməni millətçilərinin narrativinə uyğun verilib: “Verilişdə Ermənistandan azərbaycanlıların tamamilə etnik təmizləməyə məruz qalması, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, oradan 800 mindən çox azərbaycanlını öz yurd-yuvalarından didərgin salması, 1000-ə yaxın Azərbaycan şəhər və kəndinin viran qoyması, ölkəmizin ərazilərinin böyük bir hissəsini minalarla çirkləndirməsi və 150 milyard ABŞ dollarından çox ziyan vurması faktları gözardı edilir. Keçmiş münaqişə zamanı 20 mindən artıq azərbaycanlının qətlə yetirilməsi, 4000 nəfərin hələ də itkin olması və Ermənistanın öz ərazisindən zorla çıxardığı yüz minlərlə azərbaycanlının təhlükəsiz, ləyaqətli şəkildə geri qayıtmasına imkan verməməsi kimi mühüm məqamlar da görməzdən gəlinir. Bu, jurnalistikanın obyektivlik və həqiqət prinsipinin açıq-aşkar pozulmasıdır”.
İcma: “Doyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir
İcma hesab edir ki, filmin tonu dini təəssübkeşliyə söykənir və azərbaycanlılara qarşı qərəzli yanaşma sərgiləyir. Xüsusilə ikrah doğuran hal odur ki, azərbaycanlı qaçqınların görüntüləri ermənilər kimi təqdim olunaraq izləyicilər aldadılır. Bu cür manipulyasiya yalnız dezinformasiyanı yaymaqla kifayətlənmir, həm də ermənilər və azərbaycanlılar arasında sülhə əngəl törətməyə xidmət edir. Hesab edirik ki, bəzi Avropa kütləvi informasiya vasitələrində davamlı şəkildə yol verilən bu hallar Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəsdən olunur.
İcma onu da xatırladıb ki, bundan əvvəl fransız-alman “Arte” ictimai yayımçısı da azərbaycanlı qaçqınların görüntülərini ermənilər kimi təqdim etmişdi. “Biz Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, “Doyçe Velle”nin bu verilişi təkcə jurnalistika etikasını ayaqlar altına almır, həm də regionda sülh və barışıq səylərini zədələyərək, sülhə mane olmaq məqsədi daşıyır. Beynəlxalq miqyasda fəaliyyət göstərən media qurumunun ondan gözlənilən obyektivlik və məsuliyyət əvəzinə, bu cür birtərəfli və təhrif edilmiş yanaşma sərgiləməsi qəbuledilməzdir. “Doyçe Velle” nifrət və irqi ayrı-seçkilik xarakterli bu verilişi özünün ictimai resurslarından yığışdırmalı və Azərbaycan xalqından üzr istəməlidir”- deyə bəyanatda vurğulanıb.
Mətbuat Şurası: Bu media orqanı əsl həqiqətləri cəfəng baxış və düşüncələrə qurban verməməlidir
Azərbaycan Mətbuat Şurası da Almaniyanın “Doyçe Velle” platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi jurnalistika prinsiplərinə zidd hal kimi qiymətləndirərək media qurumunun anti-Azərbaycan dəst-xəttindən təəssüfləndiyini bildirib. Şuranın bəyanatında qeyd olunub ki, sənədli film Fransanın erməni lobbisi tərəfindən hazırlanıb və tərcümə edilərək olduğu kimi “Doyçe Velle”də yayımlanıb. Orada dinc azərbaycanlıların düşdükləri acınacaqlı durumu əks etdirən video-görüntülər yer alıb. Həmin kadrlardakı şəxslərin Qarabağı tərk etmiş ermənilər olaraq qələmə verilməsindən tutmuş, ekspert qismində yalnız etnik ermənilərin fikir bildirmələrinədək bir çox müxtəlif məqamlar tərəfkeşlik, sivil peşə normalarına həqarətdir. “Doyçe Velle”nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir. “Belə qənaətə gəlmək olar ki, telekanal Avropanın və dünyanın ictimai rəyini yanlış yönləndirmək, Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq istəyən qüvvələrin lokal maraqlarına xidmət niyyəti güdür. Media qurumunun saxtakarlığı, peşədən sui-istifadə təmayülü özünü Azərbaycan və Ermənistan arasındakı münaqişəli duruma dini don geydirmək cəhdində də göstərir. Bu, məqsədyönlü şəkildə, erməni təbliğatçıların dili ilə dövriyyəyə buraxılmış, olduqca yanlış və təhlükəli yanaşmadır”, - deyə bəyanatda bildirilib.
Mətbuat Şurası “Doyçe Velle” telekanalının qeyri-peşəkar fəaliyyət tərzindən təəssüfləndiyini bildirib. Şura bu media orqanını əsl həqiqətləri cəfəng baxış və düşüncələrə qurban verməməyə, obyektivliyə və qərəzsizliyə söykənməklə öz yayım siyasətində dəyişikliklər aparmağa çağırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37

