Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq platformalar müstəvisində
16.05.2025 [10:32]
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqazın lideri olan ölkəmiz bu uğura çoxvektorlu və balanslaşdırılmış xarici siyasət sayəsində nail olub. Ölkəmiz həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən dövr ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə edib.
Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir
Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün də fəal təşəbbüslərlə çıxış edir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra bunun üçün real zəmin yaranıb. Əlbəttə, hazırkı şəraitdə Cənubi Qafqazın konfrantasiya yox, əməkdaşlıq məkanına çevrilməsində münbit şərait yaranıb. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan regionda yeni reallıqların müəllifidir. Məhz yeni reallıqlar da bölgədə sülh və əməkdaşlıq imkanlarını təşviq edir. İndiyədək bu imkanın olmaması Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması idi. Artıq Azərbaycan öz gücünə işğala son qoyub və Ermənistana da sülh sazişi imzalamağı təklif edib. Bu ilin mart ayında isə tərəflər sülh sazişinin mətninin tam razılaşdırıldığını elan ediblər.
Xüsusi vurğulanmalıdır ki, bu razılaşma məhz Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar nəticəsində əldə edilib. Halbuki beynəlxalq aktorlar - Rusiya, Avropa İttifaqı və ABŞ da tərəflər arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik edirdilər. Amma onların vasitəçiliyi nəticə vermədi, hər iki ölkə birbaşa danışıqlara üstünlük verərək müsbət nəticəyə nail oldular. Ötən ilin may ayında Azərbaycan və Ermənistan birbaşa danışıqlar sayəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də razılığa gəldilər. Bu razılıq nəticəsində Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndi dinc yolla geri qaytarıldı. Eləcə də, iki ölkə arasında dövlət sərhəddinin 12 kilometrlik hissəsi rəsmi olaraq müəyyənləşib.
Təbii ki, bütün bunlar sülh sazişinin imzalanması üçün də yaxşı zəmin yaradır. Ermənistan Azərbaycanın haqlı olaraq irəli sürdüyü iki şərti (Ermənistan konstiutusiyasında dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi) yerinə yetirdikdən sonra sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Növbəti mərhələ isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq.
AŞ Nazirlər Komitəsinin 134-cü sessiyasında...
Bütün bunlar Avropa Şurası Nazirlər Komitəsinin 134-cü sessiyasında da səsləndirilib. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin mayın 13-14-də Lüksemburq şəhərində keçirilmiş 134-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxışı zamanı cari ilin mart ayında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını diqqətə çatdırıb. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməli olduğu, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv edilməsinin zəruriliyi vurğulanıb. E.Məmmədov Azərbaycanın iki ölkə arasında normallaşma prosesi ilə əlaqəli bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazır olduğunu qeyd edib.
Azərbaycanın AŞPA-da iştirakı qeyd-şərtsiz bərpa olunmalıdır
Nazir müavini çıxışında 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyası tərəfindən təsdiq edilməməsinin hüquqi baxımdan tamamilə əsassız olduğunu və 2019-cu ildə təşkilatın Nazirlər Komitəsinin qəbul etdiyi qərarda əksini tapmış “bütün üzv dövlətlər bərabər əsasda Avropa Şurasının iki nizamnamə orqanında iştirak etməlidir” müddəası ilə ziddiyyət təşkil etdiyini bildirib. O, parlamentlərarası dialoq və əməkdaşlıq platforması rolunu həyata keçirməli olan Assambleyada Azərbaycanın iştirakını qeyd-şərtsiz bərpa etmək məqsədilə vəziyyətin tezliklə həll edilməsinin zəruri olduğunu vurğulayıb.
Mayın 14-də nazir müavini Elnur Məmmədov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl Oflaherti və təşkilatın İnsan hüquqları və qanunun aliliyi üzrə Baş direktoru Canluka Espozito ilə də görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

