Ali Məclisin növbəti plenar iclası keçirilib
21.05.2025 [16:06]
Mayın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyində duran məsələləri - “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununu (ikinci səsvermə) və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsini diqqətə çatdırıb.
Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin yaz sessiyasının bu il fevralın 20-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır.
Gündəlikdə duran məsələ ilə bağlı Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib.
Müzakirə olunan məsələyə deputatlardan Emin Şıxəliyev, Kamil Şükürov, Təhminə Babayeva, Əziz Qasımov, Qafar Qənbərov və Xumar Məmmədova münasibət bildirdikdən sonra, qanun səsverməyə çıxarılaraq qəbul edilib.
Bəxtiyar Məmmədov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına uyğun olaraq Konstitusiyaya dəyişikliklər haqqında qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək.
Gündəlikdə duran ikinci məsələnin - Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2025-ci il 20 may tarixli təklifi Ali Məclisə daxil olub.
Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Rafail Cəbrayıl oğlu Quliyevin Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı oxunub və səsə qoyularaq qəbul edilib.
Rafail Quliyev göstərilən etimada görə minnətdarlıq edib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini bildirib.
Bəxtiyar Məmmədov yeni vəzifəyə təyin olunması münasibətilə Rafail Quliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bununla da Ali Məclisin iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

