Qayıdış hüququ təmin edilənədək...
23.05.2025 [10:30]
Qərbi Azərbaycan mövzusu beynəlxalq müstəviyə çıxarılacaq
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı beynəlxalq müstəvidə işlər davam etdirilir. Bu prosesdə müxtəlif beynəlxalq platformaların imkanlarından səmərəli istifadə olunur. Mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans da bunun göstəricisidir.
Ankarada vacib beynəlxalq konfrans
Qeyd edək ki, konfransa Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri qatılıb. Tədbirin açılışında Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. O, Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.
Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb.
Tədbirdə müxtəlif panellər üzrə müzakirələr aparılıb. Birinci panel Qərbi Azərbaycanın tarixindən bəhs edib. İkinci panel isə “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusuna həsr olunub. Sonda iştirakçılar adından konfransın yekun sənədi qəbul edilib.
Qayıdış Qərbi azərbaycanlıların fundamental hüququdur
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması onların fundamental hüququdur. Bu məsələ dövlətimiz tərəfindən müxtəlif beynəlxalq platformalarda daim gündəmə gətirilir. Eləcə də, Qərbi Azərbaycan İcması mütəmadi olaraq bir sıra beynəlxalq təşkilatlara müraciətlər edir. Bunların sırasında BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara da müraciətlər var. Hətta bəzi müraciətlər BMT-nin sənədi kimi də yayılıb. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da əksini tapan məqamlardan biri məhz qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışır. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb.
Qayıdış hüququ bəzi beynəlxalq təşkilatların sənədlərində əksini tapır
Qeyd edək ki, müxtəlif beynəlxalq təşkilatlar da mövzunu gündəmə gətirir. Məsələn, Asiya Parlament Assambleyasının bu il 17-21 fevral tarixlərində Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənədində Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə olunub. Aprel ayında isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Özbəkistanda keçirilən dördüncü konfrasının yekunu olaraq qəbul edilmiş Daşkənd Bəyannaməsində Qərbi azərbaycanlıların qayıdışı məsələsinə yer verilib.
İcmanın xaricdə nümayəndəliklərinin açılması nəzərdə tutulur
Cari ilin aprel ayında keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Qlobal idarəetmədə parlament diplomatiyası” mövzusunda baş tutan dəyirmi masada da Qərbi Azərbaycan həqiqətləri də müzakirə edilib. Əlbəttə, bu yöndə faktların sayını artırmaq da olar. Bu baxımdan, Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans da böyük əhəmiyyət kəsb edir. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin dediyi kimi, tədbirin Ankarada baş tutması Qərbi Azərbaycan həqiqətlərinin və soydaşlarımızın qayıdış hüququnun Türkiyə ictimaiyyətinə çatdırılması yolunda çox mühüm rol oynayacaq. O hesab edir ki, qardaş Türkiyə bütün sahələrdə olduğu kimi, Qərbi Azərbaycan məsələsində də ölkəmizin yanında olacaq.
Ə. Ələkbərli xatırladıb ki, Qərbi Azərbaycan İcması yarandığı gündən qarşısındakı ilk vəzifələrdən biri Qərbi Azərbaycan həqiqətlərini, bu bölgədən müxtəlif dövrlərdə qovulmuş insanların qayıdış hüquqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. O, belə tədbirlərin Türkiyənin başqa şəhərlərində də keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Bununla yanaşı, xarici ölkələrdə Qərbi Azərbaycan İcmasının nümayəndəliklərinin açılması məsələsi də gündəmdədir. Artıq Avropanın müəyyən ölkələrində nümayəndəlikləri açılıb və fəaliyyət göstərir. Buna misal kimi Fransa və Niderlandı göstərmək olar.
Növbəti beynəlxalq konfrans Belçikada keçiriləcək
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri müavini, millət vəkili Ramil Həsən isə mediaya açıqlamasında Qərbi Azərbaycana qayıdış mövzusunda növbəti konfransın oktyabrda Belçikada keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. Ankarada keçirilən konfransın bu silsilədən üçüncü beynəlxalq tədbir olduğunu xatırladan R.Həsən, “daha əvvəl Bakıda Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə iki böyük tədbir təşkil olunub. Növbəti konfransın məhz qardaş Türkiyədə keçirilməsi çox əhəmiyyətli hadisədir. Ankaradakı konfrans çox böyük əks-səda doğurdu”, - deyə vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə yanaşı qardaş ölkənin parlamentariləri və elm dünyasının Qərbi Azərbaycana qayıdış məsələsinə verdiyi dəstək bir daha onu göstərdi ki, Türkiyə bir çox sahədə olduğu kimi Qərbi Azərbaycan məsələsində də ölkəmizin ədalət çağırışlarına açıq dəstək verir.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Ədalət və İnkişaf Partiyasının sədr müavini Zafer Sırakayanın “Qərbi Azərbaycana qayıdış tələbi hüququn və ədalətin təzahürüdür” fikri isə qardaş ölkənin mövqeyi ilə yanaşı, həm də beynəlxalq dəstəyin ifadəsidir. Bütövlükdə, Ankarada keçirilmiş tədbir də göstərir ki, Qərbi azərbaycanlıların qayıdış hüququ təmin edilənə qədər bu istiqamətdə beynəlxalq fəaliyyət sistemli şəkildə davam etdiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

