Qələbədən qlobal liderliyə aparan yolun memarı
30.08.2025 [11:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə həm regional, həm də qlobal siyasi gündəmdə mühüm hadisə kimi dəyərləndirilə bilər. Bu müsahibə bir tərəfdən Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonrakı qalib mövqeyini möhkəmləndirməklə, digər tərəfdən, Cənubi Qafqazda yaranmış yeni reallıqları beynəlxalq auditoriyaya təqdim etməklə fərqləndi. Prezident İlham Əliyevin sözləri aydın şəkildə göstərdi ki, Azərbaycan yalnız hərbi qələbə qazanan dövlət deyil, həm də sülh quruculuğunu prioritet seçən, regional sabitliyin əsas dayaqlarından birinə çevrilən ölkədir.
Dövlət başçısı müsahibəsində vurğuladı ki, Azərbaycanın müharibədən sonrakı siyasəti revanşist niyyətlərə deyil, davamlı sülhün təmin edilməsinə hesablanıb. Sülh sazişi təşəbbüsünün Bakının iradəsi ilə gündəmə gətirilməsi Azərbaycanın siyasi yetkinliyini və konstruktiv mövqeyini bir daha nümayiş etdirdi. Prezidentin “biz intiqamı döyüş meydanında aldıq” ifadəsi isə milli qürurla yanaşı, uzaqgörən dövlətçilik müdrikliyinin bariz göstəricisi oldu.
Müsahibədə diqqəti çəkən mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və diplomatik qətiyyətidir. İlham Əliyev ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş sazişi tarixi dönüş nöqtəsi kimi qiymətləndirdi, Minsk Qrupunun fəaliyyətini isə artıq tarixi missiyasını başa vurmuş mexanizm kimi xarakterizə etdi. Azərbaycanın prinsipial mövqeyi sayəsində süni gərginlik yaradan bu strukturun fəaliyyətinə son qoyuldu və bu, ölkəmizin diplomatiyası üçün əlavə qələbə oldu.
Yaxın Şərqə dair açıqlamalar isə Azərbaycanın regional siyasətdə genişlənən rolunu təsdiqlədi. Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də vasitəçi və humanitar diplomatiyanın aparıcı aktoru kimi çıxış edir. Suriyaya qaz tədarükü, İsraillə Suriya arasında təmasların qurulmasında vasitəçilik təşəbbüsləri Azərbaycanın etibarlı tərəfdaş və balanslı güc imicini daha da möhkəmləndirir. Prezident İlham Əliyev Azərbaycanın münaqişə bölgələrində təcrübəyə əsaslanan həssas yanaşmasını beynəlxalq auditoriyaya təqdim etməklə ölkəmizin regional sabitlikdə mühüm rol oynadığını vurğuladı.
Prezidentin çıxışında azad edilmiş ərazilərə qayıdış prosesinə də xüsusi yer ayrıldı. Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağda yeni şəhərlər və kəndlər salınır, infrastruktur bərpa olunur, minlərlə insan doğma yurduna qayıdır. Bu, yalnız torpaqların hərbi yolla azad edilməsi deyil, həm də həmin torpaqlarda müasir həyatın bərpası ilə müşayiət olunan strateji dövlətçilik missiyasıdır.
Zəngəzur dəhlizi məsələsi isə müsahibənin strateji çəkisi ən yüksək mövzularından biri oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, TRIPP layihəsi təkcə Azərbaycanın Naxçıvanla quru yolunu bərpa etmir, həm də Asiyanı Avropa ilə birləşdirən yeni strateji xətt formalaşdırır. Bu dəhliz Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək, Ermənistanı iqtisadi inteqrasiyaya cəlb etməklə regionun sabitliyinə töhfə verəcək.
Müsahibədə İranla əlaqələrdə qarşılıqlı faydaya əsaslanan praqmatik siyasət, Rusiya ilə münasibətlərdə isə bərabərlik və qarşılıqlı hörmət prinsipləri açıq şəkildə ifadə olundu. Azərbaycan bir tərəfdən Araz dəhlizi kimi layihələrlə İranla əməkdaşlığı gücləndirir, digər tərəfdən Rusiyanın məsuliyyətsiz davranışlarına qarşı prinsipial mövqe nümayiş etdirir. Bu, ölkəmizin müstəqil xarici siyasət kursunun və milli maraqlara söykənən diplomatik xəttinin bariz göstəricisidir.
Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı məzhəbçilik məsələsi isə Azərbaycan modelinin universal dəyərə çevrildiyini göstərir. Şiə və sünni vətəndaşların eyni məsciddə ibadət etməsi, müxtəlif dinlərin harmonik şəkildə birgə yaşaması ölkəmizi islam dünyası üçün nadir birlik nümunəsinə çevirib.
Türk Dövlətləri Təşkilatı barədə açıqlamalar isə Azərbaycanın gələcəyə baxışını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin sözlərinə görə, türk dövlətlərinin birliyi gələcəkdə qlobal güc mərkəzinə çevrilə bilər. Azərbaycanın bu qurumun fəal təşəbbüskarlarından biri olması onun strateji vizionunu təsdiqləyir.
Nəticə etibarilə, “Əl-Ərəbiyyə” telekanalına müsahibə Azərbaycan diplomatiyasının, regional liderlik missiyasının və dövlət başçısının uzaqgörən siyasətinin qlobal auditoriyaya təqdimatı oldu. Prezident İlham Əliyev göstərdi ki, Azərbaycan artıq yalnız müharibədə qalib gələn dövlət deyil, həm də regionun gələcəyini müəyyənləşdirən siyasi gücdür. Bu müsahibə Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndiyini, onun səsinin qlobal miqyasda daha gur eşidildiyini sübut etdi.
Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə öz taleyini özü müəyyənləşdirən, sülh və sabitlik uğrunda mübarizədə yol göstərən, regionda yeni tarixi mərhələnin əsasını qoyan qalib dövlət kimi tarix yazır. Azərbaycanın sözü artıq sadəcə bir dövlətin mövqeyi deyil - regionun, türk dünyasının və bəşəriyyətin gələcək sabitliyi üçün strateji çağırışdır. Prezident İlham Əliyevin liderliyi isə bu çağırışı reallığa çevirən qüdrətli siyasi iradədir.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33

