Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda bütün seçki məntəqələri beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunub

Azərbaycanda bütün seçki məntəqələri beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunub

09.10.2013 [14:31]

Prezident seçkilərini izləmək üçün Azərbaycana gəlmiş MDB Parlament Assambleyası (PA) müşahidə missiyasının üzvləri oktyabrın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.
Müstəqil Mətbuat Mərkəzindən AzərTAc-a bildiriblər ki, Məzahir Pənahov seçkilərə hazırlıq barədə qonaqlara ətraflı məlumat verib və bildirib ki, seçki məntəqələrinin hamısı beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunub. Məntəqələr səsvermə prosesinə tam hazırdır. Əvvəlki illərdən fərqli olaraq bu seçkilərdə gözdən əlillərin və hərəkət məhdudiyyəti olanların iştirakını təmin etmək üçün müəyyən tədbirlər görülüb. Bu qəbildən olan insanların səsvermə hüququnun təmin edilməsi üçün hər cür şərait yaradılıb, məntəqələrdə panduslar quraşdırılıb. Görmə qabiliyyəti zəif olan insanlar üçün Brayl əlifbası ilə bülletenlər də hazırlanıb.
MSK-nın sədri deyib: “Seçkilərə hazırlıq çox yüksək səviyyədə aparılmışdır. Bunu beynəlxalq müşahidəçilər bizimlə görüşlərində də söyləyirlər. İnanırıq ki, seçkilərin sonuncu mərhələsini də uğurla başa vuracağıq”.
Nümayəndə heyətinin üzvü Oleq Lebedev ətraflı məlumata görə minnətdarlıq edib və bildirib ki, MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri Azərbaycanın paytaxtında və regionlarında olublar. Onlar artıq aralıq hesabat da hazırlayıblar. Bu gün isə MDB-yə üzv olan daha 7 ölkədən qısamüddətli müşahidəçilər gəliblər. Onlar da paytaxt Bakı və regionlarda olacaq, səsvermənin gedişini izləyəcəklər. İnanırıq ki, seçkilər uğurla başa çatacaq.

Paylaş:
Baxılıb: 1729 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31