/ / İsveçin “Agenda Nexus” nəşrində Azərbaycanın qələbəsi və Cənubi Qafqazda yeni geosiyasi nizam barədə məqalə dərc olunub
İsveçin “Agenda Nexus” nəşrində Azərbaycanın qələbəsi və Cənubi Qafqazda yeni geosiyasi nizam barədə məqalə dərc olunub
09.11.2025 [13:25]
İsveçin “Agenda Nexus” analitik platformasında Azərbaycanın Zəfər Gününə və onun Cənubi Qafqazda yeni reallıqların formalaşmasındakı roluna həsr edilmiş “Qafqazı dəyişdirən qələbə” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, müəllif qeyd edir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi otuz illik işğala son qoyaraq sülh, enerji əməkdaşlığı və regional inteqrasiya dövrünün başlanğıcını qoyub. Məqalədə vurğulanır ki, Azərbaycan hərbi üstünlüyü diplomatik çevikliklə birləşdirərək öz ərazi bütövlüyünü bərpa edib və regionda sabitliyin möhkəmlənməsini təmin edib.
Xüsusi diqqət Zəngəzur dəhlizi layihəsinə yönəldilib. Müəllifin fikrincə, bu layihə Cənubi Qafqazın yeni arxitekturasının əsas elementi ola bilər. Dəhliz Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası, Türkiyə və Avropa ilə birləşdirərək Xəzər və Aralıq dənizləri arasında strateji nəqliyyat-enerji arteriyasına çevriləcək.
Məqalədə, həmçinin qeyd olunur ki, layihənin reallaşması yalnız Azərbaycana deyil, həm də əməkdaşlıq yolunu seçərsə, Ermənistana fayda gətirə bilər. Regional təşəbbüslərdə iştirak bu ölkənin iqtisadi dirçəlişinə töhfə verə bilər.
Müəllif vurğulayır ki, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar davam edir.
Məqalənin sonunda qeyd edilir ki, Azərbaycanın qələbəsi təkcə hərbi uğur deyil, həm də yeni bir dövrün – əməkdaşlıq, inkişaf və ümidin başlanğıcıdır. Müəllifin fikrincə, Cənubi Qafqaz keçmiş düşmənlərin tərəfdaşlara çevrildiyi, müharibənin isə yerini sülhə və yaradıcılığa verdiyi bir nümunəyə çevrilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

