Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda prezident seçkiləri azad və demokratik şəkildə keçirilib

Azərbaycanda prezident seçkiləri azad və demokratik şəkildə keçirilib

15.10.2013 [09:33]

Məlum olduğu kimi, Azərbaycanda prezident seçkiləri kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilib. Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirmələri üçün zəruri şərait yaradılıb, namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edib, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanıblar. Seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunub və səsvermə günü hər hansı kobud qanun pozuntusu qeydə alınmayıb.
Bu faktlar seçkiləri müşahidə edən yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidə missiyalarının da hesablarında öz əksini tapıb. Belə ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi, Türk Dövlətləri Əməkdaşlıq Şurası, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Avropa Akademiyası, Beynəlxalq “İDEES” təşkilatı, Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPPAL), Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu, Rusiya İctimai Palatası, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu, “Ədalətli Seçkilər Uğrunda” təşkilatı, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı və digər qurumlar, həmçinin, Fransa, İtaliya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən olan müşahidəçi missiyaları Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf və obyektiv keçirildiyini bəyan ediblər.
Eləcə də, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen xüsusi bəyanat yayaraq, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin birgə bəyanatını bölüşdüyünü və 9 oktyabr seçkilərinin azad, şəffaf və ədalətli keçirildiyini bildirib. ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara da seçkilərin demokratiyaya doğru əhəmiyyətli addım olduğunu qeyd edib. ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri xanım Dorris Barnett isə şəxsən məntəqələrdə seçki prosesini izlədiyini və heç bir pozuntuya rast gəlmədiyini deyib.
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri yüksək demokratik şəraitdə keçirildi: “Birmənalı olaraq bildirmək yerinə düşər ki, bundan öncəki seçkilərdə olduğu kimi, bu mühüm kampaniyada da xalqımız fəallıq göstərərək öz siyasi iradəsini ifadə etdi. Səhər erkən seçki məntəqələrinə üz tutan vətəndaşlarımız azad və sərbəst şəkildə öz seçimlərini ediblər. Yeri gəlmişkən, seçki prosesini izləyən beynəlxalq müşahidəçilər də seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, vətəndaşların bu seçkidə göstərdiyi aktivliyi yüksək qiymətləndirdiklərini bəyan ediblər”.
M.İbrahimqızı hesab edir ki, insanların bu seçiminin ciddi əsasları var. Onun sözlərinə görə, cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən ölkəmizdə böyük işlər görür: “Xarici siyasət, daxili siyasət, hümanitar, sosial və digər sahələrdə böyük islahatlar aparılır. Adətən, namizədlər seçki kampaniyası dövründə, ən yaxşı halda seçkiöncəsi müəyyən hazırlıq görməyə başlayırlar, ictimai-siyasi fəallıqlarını artırırlar və gündəmdə olmağa çalışırlar. Amma zaman dəyişib. Biz 21-ci əsrdə yaşayırıq. İnsanlar vədlərə, populist çıxışlara inanmırlar, insanlar bu gün konkret işlərə, konkret əməllərə, real işlərə səs verirlər. Bu gün hörmətli Prezidentimizin gördüyü işlər, fəaliyyəti göz qabağındadır”.
Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sahibə Qafarova bildirib ki, ölkəmizdə keçirilən prezident seçkiləri kifayət qədər şəffaf və minlərlə müşahidəçinin sərbəst şəkildə izlədiyi bir proses olub. Onun sözlərinə görə, seçkiləri müşahidə edən Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, MDB, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Siyasi Partiyaları Beynəxlaq Konfransı və digər bir çox mühüm təşkilatların müşahidəçi missiyaları, ABŞ-dan olan senatorlar, Fransadan, İtalyadan, Almaniyadan olan siyasətçilər Azərbaycanda seçkilərin kifayət qədər şəffaf, demokratik, Avropa standartlarına uyğun keçirildiyini bəyan ediblər: “Ümumi ictimai rəy bundan ibarətdir ki, seçkilər Azərbaycan xalqının iradəsini tam və dolğun şəkildə əks etdirir. Bu da təsadüfi deyil. Hələ seçkilərdən əvvəl bütün proqnozlar, keçirilən rəy sorğularının nəticələri də bu yöndə idi ki, cənab Prezident İlham Əliyev bu seçkilərdə mütləq qələbə qazanacaq. Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevin ötən 10 ildə həyata keçirdiyi siyasəti, onun uğurlu nəticələrini görür, dəstəkləyir və öz gələcəyinin məhz İlham Əliyevin rəhbərliyi altında daha parlaq və uğurlu olacağına sonsuz inam bəsləyir. Ona görə də, xalqımız seçki günü məntəqələrə gələrək yüksək fəallıq nümayiş etdirdi və öz iradəsini ortaya qoyaraq cənab İlham Əliyevə səs verdi”.
“9 oktyabr seçkiləri Azərbaycan xalqının qələbəsidir. Bu seçkilər bir daha sübut etdi ki, xalqımız onun üçün quran, yaradan, hər an dövlətimizin inkişafı üçün çalışan LİDERİnin ətrafında sıx birləşib və Onunla həmişə həmrəydir”. Bu fikirləri isə Azərbaycanın Xalq artisti Teymur Mustafayev səsləndirib. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev ötən 10 ildə xalqımızın etimadını doğruldaraq qarşıdakı dövrdə də ölkəmizə rəhbərlik etmək mənəvi haqqını qazanmışdı. “Bu gün Azərbaycanda cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasəti dövlətimizi daim inkişafa, yeniliyə aparır, insanların güzəranı yaxşılaşır, Azərbaycan dünyada uğurla təmsil olunur”, - deyən Xalq artisti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasətinin uğurlarından da danışıb: “Bu gün Azərbaycanın mədəniyyət, incəsənət xadimləri dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ustad sənətkarlarımıza yüksək səviyyədə hörmət göstərilir, gənclərimizin təşviq olunması üçün uğurlu addımlar atılır. Bu gün Azərbaycan mədəniyyəti dünyanı fəth edir, muğamımız, aşıq sənətimiz uğurla təqdim olunur. Azərbaycan dünyanın ən nüfuzlu festivallarına, musiqi yarışmalarına ev sahibliyi edir. Əlbəttə ki, bu uğurları biz mədəniyyət xadimləri yüksək qiymətləndiririk və Prezidentimizin siyasətini dəstəkləyirik. Fürsətdən istifadə edib, mən də cənab Prezident İlham Əliyevi seçkilərdə qazandığı parlaq qələbə münasibətilə təbrik edir, xalqımıza göz aydınlığı verirəm”.
YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, ölkəmizdə oktyabrın 9-da azad, demokratik və şəffaf seçkilər keçirilib. Onun sözlərinə görə, 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda sivil, demokratik cəmiyyət quruculuğu istiqamətində mühüm addımlar atılıb: “Həmin dövrdən etibarən, demokratik cəmiyyət quruculuğu yönündə çox ciddi addımlar atılıb. Bu amil seçkilərin keçirilməsində də özünü göstərir. 1993-cü ildən başlayaraq keçirilən seçkilər demokratik olub. İldən-ilə seçki prosesi təkmilləşdirilib, dünya təcrübəsi öyrənilib. Eləcə də, beynləxalq standartlara cavab verən seçki qanunvericiliyi formalaşdırılıb. Milli Məclis tərəfindən qəbul olunmuş Seçki Məcəlləsinə müvafiq beynəlxlaq təşkilatlar da müsbət rəy verib”.
A.Hüseynov deyib ki, oktyabrın 9-da keçirilən prezident seçkiləri də ölkəmizdə demokratiyanın yüksək göstəricisi oldu. YAP Siyasi Şurasının üzvü deyib ki, çoxsaylı beynəlxalq müşahidəçilərin seçki ilə bağlı rəyləri də bunu təsdiqləyir.
YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov bildirib ki, 9 oktyabr tarixində Azərbaycan xalqı öz siyasi iradəsini ortaya qoydu. Onun sözlərinə görə, hələ təbliğat kampaniyası zamanı insanlar seçimlərini çoxdan etdiklərini, seçimlərinin cənab İlham Əliyev olduğunu bildirirdilər: “Səsvermə günü də insanlar öz mövqelərini rəsmi şəkildə ifadə etdilər. Ümumiyyətlə, Azərbaycanda keçirilən seçki prosesini izləyən nüfuzlu beynəlxalq müşahidəçilər və mərkəzlər ölkəmizdə şəffaf, demokratik və azad şəkildə seçkilərin baş tutduğunu deyirlər. Azərbaycan dünyaya seçki mədəniyyətini nümayiş etdirdi”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 984 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31