Bakıda TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib
27.11.2025 [14:14]
Noyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov TDT çərçivəsində media sahəsində həyata keçirilən birgə layihələrin, institusional əməkdaşlıq mexanizmlərinin və qarşılıqlı informasiya mübadiləsinin türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verdiyini deyib. O vurğulayıb ki, iclasın gündəliyində əksini tapan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə addımların koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.
Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman çıxışında qeyd edib ki, müasir informasiya mühiti təkcə təhlükəsizlik baxımından deyil, həm də idarəetmə, planlaşdırma və dövlətlərarası koordinasiya cəhətdən yeni yanaşmalar tələb edir. Bildirilib ki, TDT çərçivəsində media qurumları arasında dialoqun artırılması, məlumat axınının sistemli şəkildə qurulması və digər önəmli məsələlər təşkilatın qarşıdakı illər üzrə əsas hədəflərindən biridir. Həmçinin diqqətə çatdırılıb ki, rəqəmsal transformasiyanın sürətləndiyi dövrdə media sahəsində qarşılıqlı fəaliyyət yalnız informasiyanın ötürülməsi ilə məhdudlaşmamalı, eyni zamanda, innovativ yanaşmaların tətbiqi, yeni media alətlərinin potensialından istifadə və ortaq kommunikasiya mədəniyyətinin formalaşdırılması kimi istiqamətləri də əhatə etməlidir.
Daha sonra TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə edilib və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənib. Həmçinin TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılıb, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflərin müzakirəsi həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

