/ / Polad Bülbüloğlu: Orxan Zeynalov ilk növbədə konsul dəstəyi, tərcüməçi və vəkillə təmin olunmalıdır
Polad Bülbüloğlu: Orxan Zeynalov ilk növbədə konsul dəstəyi, tərcüməçi və vəkillə təmin olunmalıdır
18.10.2013 [09:18]
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvanın Biryulevo rayonunda baş vermiş hadisə ilə əlaqədar Rusiyanın “Dojd” telekanalına müsahibə verib. O, Biryulevoda həlak olmuş Yeqor Şerbakovun doğmalarına və yaxınlarına başsağlığı verib.
Polad Bülbüloğlu bildirib ki, Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya DİN-ə təqdim etmək üçün nota hazırlayıb. Azərbaycan tərəfi notada konsul dəstəyinin verilməsini tələb edəcək. Səfir deyib: “Onun yanına vəkillər, lazım gəlsə, tərcüməçi buraxılmalı, hər şey hüquqi müstəvidə olmalıdır”.
P.Bülbüloğlunun sözlərinə görə, Azərbaycan DİN-in Rusiyadakı rəsmi nümayəndəsi hadisənin araşdırılması prosesinə qoşulub: “Biz Rusiya tərəfinə bildirdik ki, Azərbaycan tərəfi cinayətkarın yaxalanmasına hər cür kömək göstərməyə hazırdır”.
P.Bülbüloğlu bildirib ki, hər hansı danışıqlar, hər hansı qərarlar, “havanı yumruqlarla silkələməyə” hər hansı cəhd məhkəmə qərar çıxarana qədər tamamilə mənasızdır.
Azərbaycan səfiri Orxan Zeynalovun yaxalanması prosesini şərh edərək vurğulayıb ki, bu, bütün prosessual qaydalara ziddir: “O, əcnəbidir və onunla müvafiq şəkildə davranılmalıdır. İlk növbədə konsul dəstəyi, tərcüməçi və vəkil verilməlidir. Adam günahkardırsa, qanunla layiq olduğu cəzanı almalıdır”.
Səfir deyib: “Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Azərbaycan Cənubi Qafqazda çox mühüm bir ölkədir. Vladimir Putinin bu yaxınlarda Azərbaycana səfəri sübut etmişdir ki, Rusiya rəhbərliyi, Rusiya Prezidenti Azərbaycana strateji tərəfdaş kimi yanaşır və hazırda strateji münasibətlərin inkişafı üçün yeni imkanlar nəzərdə tutulmuşdur”.
Səfir qeyd edib ki, Rusiya çoxmillətli, çoxkonfessiyalı dövlətdir və məişət hadisələrini siyasət və isteriya dərəcəsinə qaldırmaq yolverilməzdir: “Rusiyaya miqrant axını xeyli azalmışdır. Hazırda Azərbaycanda yeni iş yerləri açılır, ölkədə işçi qüvvəsi çatışmır”.
Hazırda Azərbaycanda Şimali Qafqaz üçün böyük investisiya layihəsinin hazırlandığını bildirən P.Bülbüloğlu deyib: “Biz, bir qonşu kimi, bu regionun infrastrukturunun inkişafına kömək etməyə hazırıq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

