Müxalifətin makiyajsız çöhrəsi...
02.12.2025 [10:12]
XXI əsr özünün siyasi gərginlikləri ilə əvvəlki yüzilliklərdən tam fərqlənir - bu dövrün ötən 25 ilinin spesifikasına diqqət yetirsək, nələrin şahidi olmarıq? Siyasi çirkinliklərin bəzən “demokratiya” adına təqdim olunması, milli xəyanətlərə “siyasi fənd” statusu qazandırmaq cəhdləri, milli xəyanətkarların özünü “alternativ” kimi cəmiyyətə sırımaq niyyətləri... Sadalamaqla bitməz. XXI əsr milli gələcəyin qurulmasına mane olmaq üçün beyinlərə təsir göstərmək cəhdləri ilə çox məşhurdur.
Bunları görmək üçün çox uzağa da getmək lazım deyil - özünü “müxalifət” adlandıran, daha doğrusu, “müxalifət” olmasına cəmiyyəti inandırmaq üçün min oyundan çıxan Azərbaycandakı azsaylı qruplaşmanın “nüvəsinə” baxdıqda yuxarıda qeyd edilən mənzərə ilə üz-üzə qalırıq. Amma bu mənzərənin görüntüsü fərqlidir - uzaqdan bərli-bəzəkli kimi görünən bu tabloya yaxın gəldikcə, onun makiyajsız halı üzə çıxır: qarşında eybəcər, xain, əyri və qorxunc çöhrə canlanır...
Gültəkinə gün təki aydındır: makiyajsız İstanbula qaçış planı...
Bu xəyanətkar dəstənin adbaad xarakterizə olmasına ehtiyac yoxdur - çünki bütün xainlər, bütün xəyanətkarlar təxminən eyni cizgiləri daşıyır. Məsələn, Gültəkin Hacıbəylinin həyəcanla və tələm-tələsik kamera qarşısında özünə bəraət qazandırmaq üçün çəkdiyi 1-2 dəqiqəlik “roliki” onun əsl kimliyini ortaya qoyur - söhbət çöhrənin alt qatında gizlənən çirkinliklərin üzə çıxmasından gedir. Necə ki, 2020-ci il qlobal pandemiya dövründə “milli şura” adlanan xainlər toplusunun əsl siması hər kəsə görünmüşdü - onlayn iclaslarda şura üzvlərinin guya, zarafatla söydükləri küçə söyüşlərini rahat şəkildə qəhqəhə ilə qəbul edən, “ay millət xəbəriniz var, neft 14 dollardır, hamınızın gözünüz aydın olsun” deyən, “qlobal pandemiyanın uzanması bizə sərf edir” deyə irişən Gültəkin Hacıbəyli indi həqiqətin üzə çıxdığını görüb özünü xilas etmək üçün min bir yola əl atır. Amma artıq nə fayda - hər şey gün kimi ortadadır. Həqiqətdən qaçmaq mümkün deyil - hətta tanınmamaq üçün makiyajsız çöhrə ilə İstanbula qaçmaq istəsən belə, bu, mümkün olmur...
Xəyanətin ifşası və ya makiyajlı “siyasi ambisioz” obrazın süqutu...
İllərdir ki, internet resurslarından cəmiyyətə “xitab” edən, özünü “ağıllı-ağıllı” danışan kimi, alternativ kimi göstərənlər yolun sonuna gəlib çıxırlar - biri çamadanını yığıb aradan çıxmaq istəyir, biri ekran qabağında “günah çıxardır”, birisi sosial şəbəkələrdə status yazaraq üsulluca özünü sudan quru çıxarmağa çalışır. Dünənə qədər hədəfləri Azərbaycanın dövlət müstəqilliyi idi - şimaldan gələn təlimatlarla Moskvanın arzularını yerinə yetirirdilər. Bu gün isə situasiya dəyişib - artıq Əli Kərimli istintaqa ifadə verir.
Bu adamlar nə qədər gizləməyə çalışsalar da, hər zaman xəyanətlərini biruzə veriblər. Adi bir fakt - 2020-ci il Vətən müharibəsi günlərində Əli Kərimli və yandaşları qələbəmizə nəinki sevinmir, hətta fərqli fəndlərlə sabotaj etməyə çalışırdılar. Xarici “siyasi mətbəxlərdə” fərqli xarici dairələrin sifarişi ilə hazırlanan tezislər üzərindən düşmənə yardım edirdilər. Bu da təsadufi deyildi - illərdir ki, davam edən sifarişçi-icraçı işbirliyinin real nəticəsi idi. Xəyanətin anatomiyası eynidir: millətə də, dövlət də, xalqa da xəyanət eyni çirkaba bulaşmaq deməkdir...
Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və adlarını sadalamadıqlarımız bu xəyanətə nəinki bulaşıblar - onlar bu çirkabın daşıyıcılarıdır. İllərdir ki, xəyanət virusunu yaymaq üçün çiyin-çiyinə yol gəlirdilər. Amma yol bitdi: xəyanətin ifşası makiyajlı “siyasi ambisioz” obrazın bütün çirkinliklərini üzə çıxardı.
“Siyasi buqələmun”ların makiyajsız halı indi ortadadır...
Gözdən pərdə asmağa çalışırdılar - texniki imkanlardan yararlanaraq özlərini bəzi xarici dövlətlərdə keçirilən toplantılara “montaj”edirdilər. “Sülh və demokratiya”, “hüquq və azadlıq”, “beynəlxalq dəyərlər” və bu kimi boğazdan yuxarı “ənnik-kirşanlı” sözləri özləri üçün qalxana çevirmişdilər. Konstitusiyanın birinci maddəsinin, birinci bəndi “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”, deyir. Bu xəyanətkar dəstə və onun sifariş icraçıları isə ölkəni başqa dövlətlərinin hakimyyəti altına sürükləməyə çalışırdılar. 2013-cü ildə “milli şura”nın Vladimir Putinə yazdığı məktub buna bariz sübutdur. Əli Kərimli monitor ekranında “qərbpərəst” poz verirdisə, makiyajın altında bir “ruspərəst” xidmətçi obrazı yatırdı. Onların “siyasi makiyajı” o qədər güclü idi ki, hətta bəzi hallarda Qərbin maraqlı dairələri də onlardan istifadə etmək eşqinə düşürdülər. Əli Kərtimli və dəstəsinin Sevinc Osmanqızı ilə “işbirliyi” yada düşür - son vaxtlarda Əli Kərimli “Osmanqızı TV”-nin timsalında Qərbdən birmənalı imtina etmişdi. Yəqin ki, bu da şimadan gələn təlimat idi - belə bir təlimat olmasaydı, Əli Kərimli özünün təminat ünvanlarından biri ilə məcburən vidalaşmazdı.
“Siyasi rəngarəngliyi” “siyasi buqələmunluq”la qarışdıran bu dəstənin makiyajsız halı indi ortadadır. Monitor qabağından danışdıqları bərli-bəzəkli yalanların, xəyanətlərinin cavablarını da verəcəklər. Necə deyərlər. “cidanı çuvalda gizlətmək olmaz” - o ki qala, çüval deşik ola...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

