Azərbaycanın BMT-də növbəti uğuru
12.12.2025 [10:35]
Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal xarici siyasət həyata keçirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) müstəvisində aktivliyi də xüsusi vurğulanmalıdır. Bunun nəticəsidir ki, ölkəmiz ən böyük beynəlxalq təşkilatın strukturlarında fəal təmsil olunur.
Ölkəmiz təşkilatın iki komissiyasına üzv seçilib
Yeri gəlmişkən, bu günlərdə BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və İnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə və Sosial İnkişaf Komissiyasının (CsocD) 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, hər iki komissiya BMT-nin iqtisadi və sosial məsələləri üzrə əsas orqanı olan ECOSOC-un funksional komissiyalarıdır. Hazırda ölkəmiz BMT ECOSOC-un 2025-2027-ci illər üzrə üzvləri arasında yer alır.
CPD əhali dinamikasının, demoqrafik dəyişikliklərin, miqrasiya və urbanizasiyanın, eləcə də dayanıqlı inkişafla bağlı beynəlxalq müstəvidə yanaşmaların formalaşdırılmasına məsuldur. CsocD isə sosial siyasət, sosial müdafiə sistemləri, həssas qrupların hüquqları və rifahın artırılması kimi istiqamətlər üzrə fəaliyyət göstərir.
Sözügedən BMT komissiyalarında təmsilçilik ölkəmizin sosial müdafiə islahatları, dövlət xidmətlərinin innovasiyası, yoxsulluğun aradan qaldırılması üzrə uğurları və əhalinin rifahının yüksəldilməsi sahəsindəki prioritetlərinin beynəlxalq müstəvidə təqdim edilməsinə, eləcə də BMT-nin fəaliyyətlərinə töhfə və əməkdaşlıq imkanlarının gücləndirilməsinə imkan verəcək. Bu, böyük etimaddır və beynəlxalq birliyin ölkəmizə olan rəğbətini təsdiqləyir.
Qeyd edək ki, Cənubi Qafqaz regionunda lider dövlət kimi çıxış edən, müstəqil xarici siyasət həyata keçirən Azərbaycan beynəlxalq müstəvidə səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Bu kontekstdə ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığı xüsusilə qeyd edilməlidir. Daha da dəqiqləşdirsək, həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Həmçinin, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Ölkəmiz isə müxtəlif beynəlxalq qurumlarda sadəcə üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, onların funksionallığının artmasına davamlı töhfələr verir, qərarların qəbul və icra olunmasında mühüm rol oynayır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan qısa müstəqillik tarixində BMT Təhlükəsizlik Şurasına (TŞ) 2012-1013-cü illər üzrə qeyri-daimi üzv seçilib, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrllik edib, Türk Dövlətləri Təşkilatında (TDT) öncül ölkələrdən birinə çevrilib, əksər regional təşkilatlarda uğurlu təmsilçiliyə malikdir.
Azərbaycan təşkilatın strukturlarında fəal təmsil olunur
O cümlədən, ölkəmizin BMT strukturlarına üzv seçilməsi də məmnunluq doğurur. Məlumdur ki, Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlığa böyük önəm verib. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.
Bundan başqa, təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən ölkəmizin UNESCO nəzdində Milli Komissiyası təsis edilib. Yeri gəlmişkən, bu yaxınlarda UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib və həmin tədbirdə respublikamız təşkilatın Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib. 4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb. Azərbaycanın bu komitəyə üzv seçilməsi ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.
Sözügedən komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb. Azərbaycanın UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilməsini şərtləndirən digər bir mühüm amil də ölkəmizin reallıqları və Azərbaycan dövlətinin mədəni irsin qorunmasına verdiyi böyük önəmlə bağlıdır. Deyə bilərik ki, respublikamızda bu istiqamətdə davamlı və məqsədyönlü fəaliyyət həyata keçirilir. Azərbaycan abidələr diyarıdır və bu abidələr müxtəlif sivilizasiyalara aiddir.
Ölkəmiz BMT-də islahatlar aparılmasının tərəfdarıdır
Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT səviyyəsində qətnamələr də irəli sürüb. Məsələn, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilib. CHR tərəfindən qəbul edilmiş bu qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədi daşıyır.
Ötən illər ərzində Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı da xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib.
Bütövlükdə, ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, Azərbaycan BMT-nin beynəlxalq müstəvidə təhdid və problemlərə qarşı lazımi səviyyədə mübarizə apara bilməsi üçün təşkilat çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

