TÜRKPA-nın Baş katibi Qazaxıstan Parlamentinin sədri ilə görüşüb
27.12.2025 [15:19]
Dekabrın 26-da TÜRKPA-nın Baş katibi Ramil Həsən qurumun fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovla Astanada görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Baş katib qısa müddət ərzində TÜRKPA tərəfindən həyata keçirilən fəaliyyətlər, o cümlədən TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən görülmüş işlər barədə Koşanova ətraflı məlumat verib. O, fəaliyyətdə olan sədri Türkiyə, Qırğızıstan, Macarıstan, Özbəkistan və Kuzey Kıbrıs Türk Cumhuriyyətinə (KKTC) həyata keçirdiyi rəsmi səfərlər, eləcə də bu səfərlər çərçivəsində parlament sədrləri və xarici işlər nazirləri ilə baş tutan ikitərəfli görüşlər barədə də məlumatlandırıb.
Baş katib, həmçinin Cenevrə şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında TÜRKPA-nın fəal iştirakı barədə məlumat verib. Ramil Həsən bildirib ki, TÜRKPA Beynəlxalq Katibliyi 2026-cı il üçün İş Planının layihəsini hazırlayıb və müzakirə edilməsi məqsədilə tərəflərə təqdim edib. 2026-cı ildə TÜRKPA tərəfindən “Avrasiyada yeni əməkdaşlıq: Strateji əlaqələrin inkişafında TÜRKPA-nın rolu – Parlament diplomatiyası” mövzusunda beynəlxalq konfransın keçirilməsinin faydalı olacağı da Koşanovun diqqətinə çatdırılıb.
Öz növbəsində, Yerlan Koşanov qısa müddət ərzində bu qədər səmərəli və faydalı işlərin görülməsindən məmnunluğunu ifadə edərək Baş katib Ramil Həsənə və onun işçi heyətinə dərin təşəkkürünü bildirib. O, növbəti ilin birinci yarısında Azərbaycana rəsmi səfərinin gözlənildiyini və bu səfər çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etməkdən məmnunluq duyacağını ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42

