/ / Mübariz Qurbanlı: AXCP və “Müsavat”ın rəhbərlərinin vəzifələrində qalması təəccübləndirici haldır
Mübariz Qurbanlı: AXCP və “Müsavat”ın rəhbərlərinin vəzifələrində qalması təəccübləndirici haldır
06.11.2013 [09:49]
“Son zamanlar müxalifət partiyalarından istefalar kütləvi hal alıb. Həmçinin, İsa Qəmbərin partiya başqanlığından gedəcəyi məsələsinin gündəmə gətirilməsi radikal müxalifətin acınacaqlı duruma düşdüyünün bariz nümunəsidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı SİA-ya açıqlamasında bildirib.
M.Qurbanlı müxalifətin radikal qanadının 9 oktyabr prezident seçkilərində ağır məğlubiyyətə uğradığını xatırladıb və bildirib ki, seçicilərin mütləq əksəriyyəti müxalifəti rədd edərək, Prezident İlham Əliyevin siyasi xəttinə səs verdi: “Dünyanın hər yerində seçki prosesindən sonra seçkilərdə iştirak edən siyasi partiyalar onun nəticələrinə uyğun qərarlar qəbul edirlər. Yəni, bu gün müxalifətin radikal qanadı faktiki olaraq iflasa uğrayıb. Belə olan halda, iflasa uğrayan müxalifətin başında duran şəxslər məntiqi olaraq istefa etməlidirlər”.
Xalq Cəbhəsi və Müsavat partiyalarının rəhbərlərinin vəzifələrində qalmasının olduqca təəccübləndirici hal olduğunu deyən millət vəkili onu da bildirib ki, bu adamlar seçkidə “Milli şura” deyilən qurumu yaradaraq Cəmil Həsənlinin simasında namizəd irəli sürməklə məğlubiyyətlərini rəsmiləşdirdilər: “Çünki hər kəs bilirdi ki, C.Həsənli Əli Kərimli və İsa Qəmbərin ortaya atdığı namizəddir. Heç bir nəticə əldə edə bilməyən müxalifətin radikal qanadı iflasa uğradı. Ona görə də müxalifət partiyasından istefaları təbii proses kimi qiymətləndirirəm. İstefa verən insanlar partiya rəhbərlərinin özlərindən başqa heç nə düşünmədiklərini görərək bu addımı atmağa məcbur oldular. Nə qədər ki, bu partiyalar radikal çağırışları öndə tutacaqlar onlar heç bir nailiyyət əldə edə bilməyəcəklər”.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21

