Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu olub

Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu olub

16.11.2013 [09:58]

Noyabrın 15-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu olub.
AzərTAc xəbər verir ki, plenumu Ali Məhkəmənin sədri Ramiz Rzayev açıb. Bildirilib ki, respublikamızda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması halları artıb. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması və bununla bağlı sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci dekabrın 26-da “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan və ya şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyənləşdirilmiş tədbirlərin görülməsinin təmin edilməsi dövlət orqanları qarşısında təxirəsalınmaz vəzifələr kimi qoyulub. O cümlədən Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilib ki, məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsi ümumiləşdirilsin və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsi formalaşdırsın.
Plenumda “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” məsələ geniş müzakirə olunub, təhlillər aparılıb. Müəyyən edilib ki, bu kateqoriyadan olan cinayət işləri məhkəmələr tərəfindən əsasən qanunvericiliyin tələblərinə uyğun həll olunur. Bununla yanaşı, məhkəmə təcrübəsində müvafiq cinayət işləri üzrə istər faktların müəyyən edilməsi və hüququn tətbiqi məsələlərində bəzi səhvlərə yol verilir.
Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvləri aradan qaldırmaq, qanunun eyni qaydada tətbiqini təmin etmək, bu sahədə vahid məhkəmə təcrübəsi formalaşdırmaq məqsədi ilə müvafiq qərar qəbul olunub.
Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, habelə Mülki Prosessual Məcəllədə, İnzibati Prosessual Məcəllədə və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsi qərara alınıb.
Plenumda konkret cinayət və mülki işlərə də baxılıb, müvafiq qərarlar qəbul edilib.
Plenumun işində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak ediblər.

Paylaş:
Baxılıb: 1094 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31