Heydər Əliyev Fondu Ştutqardda “Azərbaycan gecəsi” təşkil edib
16.11.2013 [10:08]
Noyabrın 14-də Heydər Əliyev Fondu Almaniyada “Azərbaycanı tanıdım” layihəsi çərçivəsində daha bir möhtəşəm tədbir keçirib.
Heydər Əliyev Fondu Azərbaycanın Ştutqarddakı fəxri konsulluğunun dəstəyi ilə bu şəhərdə “Azərbaycan gecəsi” təşkil edib. Gecədə Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti qonaqlarda dərin təəssürat yaradıb.
“Azərbaycan gecəsi”ndə Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin musiqiləri, xalq artistləri Fərhad Bədəlbəyli və Murad Hüseynovun pianoda ifaları, Köln şəhərinin “Minguet Quartett”inin çıxışı tamaşaçıların zövqünü oxşayıb. Fikrət Əmirovun “Miniatürlər”i, Cövdət Hacıyevin “Ballada”sı, Tofiq Quliyevin “Qaytağısı” alqışlarla qarşılanıb.
Azərbaycan Respublikasının Ştutqarddakı fəxri konsulu Otto Hauzer çıxış edərək Azərbaycanın musiqi və milli adət-ənənəsinin bir xəzinə olduğunu vurğulayıb. Azərbaycanın tarixən tolerantlıq diyarı kimi tanındığını bildirib.
Otto Hauzer belə bir tədbirin təşkilinə görə, Heydər Əliyev Fonduna təşəkkür edib. Bildirilib ki, Heydər Əliyev Fondu bu cür layihələrlə Azərbaycanı dünyada tanıtmaqla yanaşı, ölkələrin bir-biri ilə əlaqələrin genişlənməsinə xidmət edir. “Azərbaycan dünyada öz tolerantlığı ilə fərqlənir. Heydər Əliyev Fondu ölkədə tolerantlığın mövcud olmasında önəmli rol oynayır”, - deyə, Otto Hauzer bildirib.
Onun sözlərinə görə, Ştutqarddakı bu tədbir Azərbaycan mədəniyyətini təkcə musiqi ilə deyil, digər tərəfləri ilə də göstərəcək. Bunlardan biri də Azərbaycan mətbəxidir. Belə ki, tədbir çərçivəsində Azərbaycan mətbəxi, süfrə mədəniyyəti qonaqlara təqdim olunur.
Tədbir çərçivəsində “Almanlar Azərbaycanda” adlı fotosərgi təşkil olunub, Azərbaycanın tarixi və mədəni irsini tərənnüm edən nəşrlər təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Almaniyada silsilə tədbirlər çərçivəsində Azərbaycanın tarixi və mədəni irsini tanıdan, iki ölkə arasında əlaqələrin genişlənməsinə xidmət edən müxtəlif layihələr həyata keçirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

