Hikmət Babaoğlu: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi sisteminin lokomotividir
21.11.2013 [09:43]
“1992-ci ildə Azərbaycanın siyasi sistemində lokomotiv gücə, aparıcı siyasi təşkilata böyük ehtiyac duyulurdu. Çünki milli gücümüzü təşkil edən ayrı-ayrı siyasi aktiv qruplar pərakəndə şəkildə fəaliyyət göstərirdilər. Belə olan təqdirdə onların fəaliyyətini məqsədyönlü şəkildə milli maraqlara yönləndirəcək liderə, gücə ehtiyac var idi. Şübhəsiz ki, belə bir lider dövlət idarəçiliyində kifayət qədər böyük təcrübəyə malik olan, ölkəmizə rəhbərlik etdiyi 1969-82-ci illərdə gördüyü işlərlə xalqımızın böyük etimadını və inamını qazanmış Ulu öndər Heydər Əliyev idi və O, Naxçıvanda fəaliyyət göstərirdi”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının (YAP) 21 illik fəaliyyəti ilə bağlı fikirlərini bildirərkən deyib.
Hikmət Babaoğlunun sözlərinə görə, həmin dövrdə cəmiyyətin siyasi təşkilatlanması üçün yeni dövrün tələblərinə uyğun siyasi sistemi formalaşdıracaq və onu daşıyacaq, sütunu olacaq bir siyasi partiyanın yaranması zərurətə çevrilmişdi: “Məhz bununla əlaqədar “91-lər” kimi tanıdığımız o dövrün ziyalıları Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Ulu öndər Heydər Əliyev isə vəziyyəti düzgün qiymətləndirərək, Azərbaycanı düşdüyü ağır durumdan xilas etmək məqsədilə bu müraciətə müsbət cavab verdi. Beləliklə də, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası yaradıldı”.
Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının ötən 21 ildə dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlərə toxunaraq vurğulayıb ki, bu illər ərzində hakim partiyanın fəaliyyətini əgər bir cümlə ilə xarakterizə etsək deyə bilərik ki, YAP Azərbaycanın dövlət quruculuğu prosesində müstəsna xidmətləri olan, ölkəmizin müstəqilliyinə böyük töhfələr verən, onun qorunmasına xidmət edən və milli gücü səfərbər edərək, dövlət maraqlarımızın qorunmasına yönləndirən böyük siyasi təşkilatdır: “Eyni zamanda, biz Yeni Azərbaycan Partiyasını qələbələr partiyası kimi də səciyyələndirə bilərik. YAP yaranması ilə Azərbaycanın siyasi siteminə yeni ruh, siyasi mədəniyyət, əxlaq və keyfiyyət dəyişiklikləri gətirdi. Məhz Yeni Azərbaycan Partiyası siyasi sistemimizin sütunu olmaqla bərabər, eyni zamanda, siyasi sistemimizi təşkil edən digər partiyalara da örnək oldu. Sözün həqiqi mənasında YAP milli keyfiyyətdə milli maraqları qoruyan və dövlətçiliyə xidmət edən ümumxalq partiyasına çevrildi. Bu partiya sözün həqiqi mənasında Azərbaycan xalqının bütün sosial strukturlarını, etnik kimliklərini özündə cəmləşdirən və onları bir azərbaycanlı kimi formalaşdıran möhtəşəm siyasi təşkilatlanmadır”.
Baş redaktor bildirib ki, bu gün YAP-ın sıralarında Azərbaycan cəmiyyətinin ən aparıcı insanları birləşib: “Həmin insanlar bütövlükdə Azərbaycanın sosial, iqtisadi və maliyyə strukturunun bütün sahələrini əhatə edir. Yəni, YAP-ın sıralarında, onun rəhbər orqanlarında elm xadimləri, biznesmenlər, yazıçılar, şairlər və cəmiyyətin digər təbəqələrindən olan insanlar birləşiblər. Bu gün YAP Azərbaycan xalqının 600 minlik, eləcə də, bir qədər kiçildilmiş modelidir. Ona görə də, tam qətiyyətlə deyirik ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Çünki bu partiyanı yaradan şəxsiyyət də məhz Azərbaycan xalqının Ümummilli lideridir. İllər ərzində YAP Azərbaycan siyasi sisteminin lokomotivi olaraq dünyada və regionda baş verən proseslərə adekvat reaksiya göstərməklə öz fəaliyyətini təkmilləşdirdi. Bildiyiniz kimi, 1999-cu ildə YAP-ın həyatında əhəmiyyətli bir hadisə baş verdi. Belə ki, həmin dövrdə cənab Prezident İlham Əliyev YAP-ın Sədr müavini seçildi. Bu dövrdən etibarən isə YAP-ın tarixində yeni gəncləşmə erası başladı. Və bu gün də Yeni Azərbaycan Partiyası gənclərin, ziyalıların, qadınların, alimlərin, incəsənət xadimlərinin və bütövlükdə isə Azərbaycan xalqının partiyasıdır”.
Xəbər lenti
Hamısına baxDünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16

