İnternetdə və informasiya cəmiyyətində insan hüquqları
30.11.2013 [11:03]
Çağdaş dövrdə beynəlxalq leksikonda geniş yayılan “informasiya cəmiyyəti” (İC) anlayışı ötən əsrin 60-cı illərində yapon sosial elmlərində istifadə olunmağa başlayıb və artıq 50 ildən çoxdur ki, elmi-nəzəri tədqiqat obyektinə çevrilib. Bir çox nəzəri-konseptual mənbələrdə informasiya cəmiyyəti xüsusi sosium növü kimi səciyyələndirilir. Klassik formada İC elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Əsas məqsəd informasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə bir tərəfdən bəşəriyyətin qarşısında duran problemlərin həllini, digər tərəfdən isə cəmiyyətin inkişafını təmin etməkdir.
Göründüyü kimi, informasiyalı cəmiyyət elə bir mürəkkəb sosial orqanizmdir ki, burada ictimai həyatın bütün sahələrində, cəmiyyətin və şəxsiyyətin fəaliyyətində informasiyanın rolu sürətlə artaraq əvəzolunmaz mərhələyə qədəm qoyub. İnformasiyanın yaranması, toplanması, emalı və ötürülməsi təkcə bilavasitə istehsalda deyil, habelə siyasi və mənəvi həyatda, idarəçilik funksiyalarının yerinə yetirilməsində də uğurla tətbiq olunur.
İC-nin formalaşmasına təsir edən əsas amillərdən biri dünya internet şəbəkəsidir. Hazırda yüksək informasiyaya əsaslanan müasir cəmiyyətdə hər bir kəs hansı coğrafi məkanda yaşamasından asılı olmayaraq, internet vasitəsilə istənilən yerdən qısa müddət ərzində dolğun və səhih informasiya ala bilər. Lakin bu gün internet təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin, dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühit, yeni sosial münasibətlər formalaşdıran, beynəlxalq münasibətlər sisteminə təsir edən mexanizmdir.
Qeyd etdiyimiz kimi, ilkin vaxtlarda internetdən informasiya mübadiləsi üçün istifadə edilirdisə də, hazırda onun fəaliyyət sferası və imkanları genişlənməkdədir. İnternet, eyni zamanda, insanların özünüifadə vasitəsidir. Belə ki, bu gün müxtəlif siyasi, dini baxışları olan, ayrı-ayrı irq, dil, coğrafi məkan, yaş, təhsilə mənsub insanlar internetdən öz baxışlarını ifadə etmək üçün tribuna kimi istifadə edirlər. Nəticədə bu gün internet milyonlarla insanın həyatının ayrılmaz hissəsinə çevrildiyindən sosial institutların diqqətini cəlb edir. Hətta bir çox ölkələrdə hiper cinayətkarlıqla mübarizə aparılır və bunun üçün xüsusi şöbələr yaradılıb.
Sözsüz ki, internetin gündəmə gəlməsi ilə insan hüquqlarının qorunması məsələləri bəşəriyyət qarşısında duran ən mühüm problemlərdən birinə çevrilib. Məhz internetin yaranması ilə insanlar arasında ünsiyyət, informasiya axtarışı, fikirlərini ifadə etmək azadlığı və bu kimi vacib insan hüquqlarının reallaşması tam mənada özünü doğrulda bildi. Çünki İC-nin əsas məqsədi yaşından, cinsindən, irqindən, fiziki imkanlarından, bir sözlə, heç bir sosial mənsubiyyətindən asılı olmadan insanların istənilən zamanda informasiya tələbatını ödəməkdən, digər tərəfdən, onların fikirlərini maneəsiz olaraq ictimaiyyətə çatdırmaq üçün vasitələr yaratmaqdan ibarətdir.
Hələ 1948-ci ildə qəbul edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 19-cu maddəsində deyilir: “Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir”.
Bu deyilənləri informasiya cəmiyyətinin fundamental əsasları kimi də qəbul etmək olar. Lakin həmin dövrdə informasiya cəmiyyətindən söhbət gedə bilməzdi. Qeyd edilən sənəddə deyilən müddəalar bu və ya digər hüquqların tanınmasını əsaslandırsa da, onların reallaşdırılmasının mümkünlüyü İC-nin verdiyi imkanlardan zəif idi. Təbii ki, informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı nəticəsində insan hüquqlarının qorunması üçün yeni texnoloji imkanların meydana gəlməsi həmin hüquqların tədbiqi üçün real mühitin formalaşmasını əsaslandırdı. Belə ki, İC-nin əsas məqsədi İKT-nin yaratdığı imkanlardan yararlanmaq və onun özü ilə gətirdiyi texniki yenilikləri tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. Yəni, İC-də dövlət, siyasi partiyalar və vətəndaşların hüquqlarını müdafiə edən ictimai qurumlar da əhalinin informasiyaya çıxışını, kommunikasiya tələblərini, xidmətlərlə təminini və iştirak səviyyəsini artırmaq üçün internet texnologiyalarının tətbiqinə şərait yaradır. Digər informasiya kanallarından fərqli olaraq, internet və onun infrastrukturu bu imkanları yaradan mükəmməl vasitələrdən biri hesab olunur.
İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindən birinə çevrildiyi bugünkü dövrümüzdə Azərbaycan hökuməti həmin sektorun sürətli inkişafına çalışır. Statistikaya görə, Azərbaycanda İKT sektoru təxminən hər 3 ildə 2 dəfə genişlənir. Son 3 ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda internet istifadəçilərinin sıxlığına görə liderdir. 2012-ci ildə bu rəqəm təxminən 70 faizə bərabər olub. Azərbaycanda internet istifadəçilərinin sayının artması isə təkcə sosial-iqtisadi deyil, həm də mədəni-intellektual inkişafa, insan kapitalının formalaşmasına xidmət edir.
Ölkəmizdə internet, informasiya resurslarından istifadəyə əlçatanlıqla bağlı əhəmiyyətli işlər görülür. Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmiz 2005-ci ildə Tunisdə keçirilən Dünya İnformasiya Cəmiyyəti Sammitində İKT-nin insan hüquqlarının və azadlıqlarının qorunmasında rolu barədə Avropa Şurasının təqdim etdiyi tövsiyələrin həmmüəlliflərindən biri olub. 2012-ci ildə Bakıda keçirilən İnternet İdarəçilik Forumunun 7-ci toplantısının əsas mövzularından olan internet azadlığını müdafiə edən fəal dövlətlərdən biri də Azərbaycandır.
Bütövlükdə Azərbaycan Konstitusiyasının məhz üçdə bir hissəsi insan hüquqlarına həsr olunub. Ana qanunda insan və vətəndaş hüquqları və azadlıqlarının qorunması, insanlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi sayılır. Konstitusiyada sadalanan insan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Qeyd etmək lazımdır ki, qloballaşmanın, virtual məkanın cəmiyyətə gətirdiyi yeni reallıqlar uşaqların sağlam ruhda, yüksək milli-mənəvi və ümumbəşəri humanist dəyərlər əsasında təlim-tərbiyəsinə də yeni baxış tələb edir. Hazırda dünya üzrə internet istifadəçilərinin sayı təxminən 1,5 milyard nəfər təşkil edir. “Mikrosoft” şirkətinin açıqladığı statistik məlumatlara görə, bu istifadəçilərin 50 faizdən çoxu 8-15 yaşındadır. Məhz buna görə də, müasir dövrdə vacib məsələlərdən biri də uşaqların virtual məkanda hüquqlarının qorunmasıdır. Təcrübə göstərir ki, bütün dünya ölkələrində uşaq və yeniyetmələr virtual məkanın imkanlarından istifadə zamanı öz dünyagörüşünə, mənəviyyatına zidd olan informasiyalarla qarşılaşır, nəticədə mənəvi-psixoloji sarsıntılara məruz qalırlar. Hazırda bu problem bütün dünya dövlətlərini düşündürdüyündən, uşaq hüquqlarının virtual məkanda qorunması ilə bağlı müxtəlif təkliflər, ideyalar irəli sürülür. Virtual məkanda uşaq hüquqlarının qorunması, onlara lazımi imkanların yaradılması ilə bağlı qlobal problemlər bütün dünya dövlətləri kimi, Azərbaycanda da qarşıda duran vacib məsələlərdəndir.
Əlbəttə ki, ölkəmizdə İKT sektorunun tərəqqisi sosial medianın da inkişafına mühüm töhfələr verməkdədir. Sosial media sahəsində qanunlarla müəyyən edilmiş azadlığın mövcud olması da bu sektorun inkişafına əhəmiyyətli töhfə verməkdədir. Söz, fikir və özünüifadə azadlığının hökm sürdüyü ölkəmizdə sosial media azadlığının mövcud olması da operativ informasiya mübadiləsi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki sosial media insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşmaq deməkdir ki, bu da ünsiyyəti daha əlçatan və veb əsaslı texnologiyalardan istifadə etməklə interaktiv dialoqa çevirir. Sosial şəbəkələrdə bu gün yüz minlərlə Azərbaycan vətəndaşı iştirak edir - müxtəlif qruplar fəaliyyət göstərir, fərqli mövzuda müzakirələr aparılır.
Beləliklə, internet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Bu gün Azərbaycanda internet azadlığı üçün bütün şərtlər təmin edilib.
Ölkəmizdə internet, radio və internet-TV, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycanda istər bloqqerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər. Bu gün təkcə “Facebook”da 1 milyondan çox azərbaycanlı istifadəçi vardır.
Yuxarıda bəhs etdiyimiz əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı, informasiyanı yaymaq azadlığı bu gün aktual mövzu olan bloqlar, sosial şəbəkələr, sosial şəbəkələrdəki qruplar vasitəsilə tam olaraq reallaşır. Gündəlik hadisə və faktlara hər kəs öz prizmasından baxır. Lakin insanlar söz, fikir azadlğı hüququndan mümkün qədər istifadə etdikləri kimi, yaydıqları informasiyaya görə məsuliyyət daşımalıdırlar. Bu gün dünya praktikasına görə, məhkəmə qarşısında məsuliyyətə yalnız sayt yaradıcıları deyil, bloqqer və forumçular da cavabdehlik daşıyır. Məsələn, 2004-cü ildə “Apple” şirkəti özünün yeni məhsulunun rəsmi təqdimatını keçirmədiyi halda, informasiya sızması nəticəsində bloqda bu haqda məlumat yayılması şirkətin qarşı tərəf əleyhinə məhkəmədə iddia qaldırmasına səbəb olmuşdu. Məlumatın hansı mənbədən alınması haqqında açıqlama tələb edilsə də, iddia irəli sürülən tərəf mənbə haqqında informasiyanı açıqlamamaq hüququndan yararlanmış, tələbi qəbul etməmişdi. Bundan başqa, 2005-ci ildə “Microsoft” şirkəti Çində “azadlıq” və bu kimi sözlərdən istifadə edən bloqları bağlayan internet portal istifadəyə vermişdi. Halbuki kommersiya qurumları insan hüquqlarının pozulmasında dövlətə dəstək göstərməməlidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyildiyi kimi, “hər bir insan və cəmiyyətin bütün qurumları insan hüquqlarının müdafiəsinə və onlara hörmətlə yanaşılmasına öz töhfəsini verməyə çağrılır”.
Sevinc NURİYEVA
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

