Bakı şəhər İcra Hakimiyyətinin məlumatı
30.11.2013 [11:16]
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 noyabr tarixli Sərəncamı ilə uşaq bağçaları və körpələr evlərinin idarə olunması Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra bu sahədə böyük işlər həyata keçirilib.
Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı, Heydər Əliyev Fondunun təşəbbüskarlığı və himayədarlığı sayəsində Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində son illərdə görülən yüksək səviyyəli əsaslı təmir işləri və müasir avadanlıqlarla təchizat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 10 fevral tarixli qərarı ilə təsdiqlənmiş məktəbəqədər təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsinə əsasən müəyyən edilmiş körpə yaşlı uşaqlar üçün qruplarda 15, bağça yaşlı qruplarda isə 20 nəfər olmaqla gün ərzində dörd dəfə uşaqların təzə və təravətli ərzaqla təmin edilməsi uşaq bağçaları və körpələr evlərinə marağın artmasına səbəb olub. Belə ki, əvvəllər dövlət tərəfindən maliyyələşən uşaq bağçalarına uşaqların cəlb olunması problemi ilə üzləşirdiksə, indi isə əksinə, dövlət uşaq bağçaları və uşaq evlərinə böyük maraq və güclü axın yaranıb.
Lakin bu gün Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə almaq istəyən uşaqların tələbatının bir hissəsinin ödənilməsi, uşaq bağçaları və körpələr evinin müvəqqəti azlığı uşaqların bağçalara qəbulunda obyektiv və subyektiv səbəblərdən müəyyən çətinliklər və problemlər yaratmaqdadır. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, bundan istifadə edən bəzi bağça müdirləri öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq uşaqların bağçalara normativə uyğun qəbulunda müəyyən problemlər yaratmaqla qanunsuzluqlara yol verirlər.
Bununla əlaqədar olaraq Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində uşaqların və işçilərin qəbulu, təzə və təravətli ərzaqla təmin olunması sahəsində baş verə biləcək hər hansı mənfi halların qarşısının alınması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ardıcıl tədbirlər və yoxlamalar həyata keçirilib və bu sahədə baş verən qanunsuzluqların və mənfi halların aradan qaldırılması məqsədi ilə ciddi ölçülər götürülüb, müxtəlif cəza tədbirləri görülüb. Məhz bunun nəticəsində işdə yol verdikləri nöqsan və çatışmazlıqlara görə onlarla müdir və işçilər işdən kənarlaşdırılıb, bir qisim işçilər barəsində isə ciddi intizam-tənbehi tətbiq edilib.
Bu sahədə aparılan ciddi iş və görülən məqsədyönlü tədbirlər sayəsində yüksək nəticələr əldə olunmasına baxmayaraq, hələ də yerlərdə müəyyən nöqsanlara yol verilməsi halları müşahidə olunmaqdadır.
Belə ki, son günlərdə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasında ciddi qanun pozuntusuna yol verilməsi barədə daxil olmuş məlumat ciddi reaksiyaya səbəb olub və Bakı şəhər İcra Hakimiyyətinin başçısının şəxsən iştirakı ilə müvafiq komissiya tərəfindən araşdırma həyata keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, 281 saylı uşaq bağçasının müdirəsi Məlahət Rəhimova məsuliyyətsizlik və səhlənkarlıq göstərərək heç bir əmək müqaviləsi bağlamadan vətəndaş Sevinc Ağazadənin guya sınaq müddəti ilə iyun ayından sentyabr ayınadək həmin bağçada qanunsuz işləməsinə şərait yaradıb, bununla da uşaq müəssisələrinə aidiyyəti olmayan vətəndaşların girişinin qadağan olunması barədəki göstərişin tələblərini ciddi şəkildə pozub. Qanunsuz tərbiyəçilik edən həmin şəxs işə qəbul olmaq üçün bağça müdirəsinə təsir etmək məqsədilə qəsdən bağçanın mətbəxində sanitar-gigiyenik qaydalara riayət etmədən, sterilizə olunmamış suyu krantdan birbaşa azyaşlı uşaqlara içirtməyə cəhd edərək bunu öz telefonu vasitəsilə kameraya çəkib, sonradan isə bu video görüntülərin kütləvi informasiya vasitələrində yayılmasına nail olub.
Eyni zamanda, araşdırma zamanı həmin bağçanın müdirəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi hallarına yol verməsi ortaya çıxıb. Nəticədə bağça müdirəsi M.Rəhimova dərhal işdən azad edilib və baş vermiş qanunsuzluqlar barədə sənədlər toplanıb hüquqi qiymət verilməsindən ötrü prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib.
Uşaqlar xalqımızın ən böyük sərvəti, millətimizin, dövlətimizin sağlam və işıqlı gələcəyidir. Sağlam gələcəyimiz naminə Bakı şəhər İcra Hakimiyyəti adından sizlərə müraciət edirik: Uşaq bağçaları və körpələr evlərinin bütün təminatı dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirildiyindən uşaq bağçalarına kənar ərzaq məhsullarının gətirilməsi, normadan artıq uşaqların bağçaya qəbul edilməsi və kənar şəxslərin bağçalara daxil olması qəti qadağandır.
Əgər Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçalarında və körpələr evlərində baş vermiş hər hansı qanunsuzluq və mənfi hallara rast gəlindikdə bunlara göz yummadan yazılı şəkildə dərhal Bakı şəhər İcra Hakimiyyətinə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Qəti əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi və himayəsi ilə uşaq bağçaları və körpələr evlərində təlim-tərbiyə almaq istəyən uşaqların sayının tələbata uyğunlaşdırılması məqsədi ilə Bakı şəhərində bağça və uşaq evlərinin təmiri daha da sürətləndirilib, bağça və uşaq evlərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasını nəzərə alaraq boşaldılmış bağçaların təmirinə rəvac verilib və yeni bağçaların inşasına başlanıb. Əminik ki, qısa zaman kəsiyində uşaq bağçalarına və uşaq evlərinə olan tələbatın ödənilməsinə və məktəbəqədər təhsil müəssisələrində təhsil və təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsinə və bu sahədə şəffaflığın tam təmin olunmasına nail olacağıq.
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

