Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Bizim müstəqil siyasət yürütməyimiz Azərbaycan Prezidentinin qətiyyətinin nəticəsidir

Siyavuş Novruzov: Bizim müstəqil siyasət yürütməyimiz Azərbaycan Prezidentinin qətiyyətinin nəticəsidir

03.12.2013 [09:20]

“Vilnüs sammitində Azərbaycanın yeganə ölkə olaraq Avropa İttifaqı ilə yalnız tərəf müqabili kimi razılaşmaya şərtsiz imza atması dövlətimizin, Prezidentimizin güclü iradəsindən xəbər verir. Avropa İttifaqı ilə Azərbaycan arasında 5 dövlətin birgə ticarət dövriyyəsindən artıq ticarət dövriyyəsi var”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu gün Azərbaycanın Avropa İttifaqı ilə 30 milyard dollardan artıq dəyəri olan müxtəlif layihələri var. Onun sözlərinə görə, bu layihələrlə əlaqədar Azərbaycan ancaq tərəf müqabili kimi çıxış edir. Azərbaycanın xarici siyasəti bu cür bərabərhüquqlu siyasəti davam etdirməyə yönəlib.
YAP İcra katibinin müavini qeyd edib ki, Avropa İttifaqı vahid dövlət sisteminə çevrilməyə doğru gedir, ona görə də bəzi dövlətlər müstəqilliyinin bir hissəsindən keçərək bu qurumun tərkibinə daxil olurlar.
“Azərbaycan isə istər NATO, istərsə də Avropa İttifaqı kimi qurumlarla üzv kimi yox, tərəfdaş kimi müstəqil fəaliyyət göstərmək xəttini götürüb ki, bu balanslaşdırılmış siyasətin də əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim kimi kiçik dövlətlərə nəzər salsanız, görərsiniz ki, bizim bu cür məqamlarda belə müstəqil siyasət yürütməyimiz Azərbaycan Prezidentinin qətiyyətinin nəticəsidir. Fikir verin, bizim kimi ölkələrin çoxu açıq şəkildə bəyan edirlər ki, onlara qarşı təzyiqlər var və bu təzyiqlərə dözə bilmirlər. Amma bu təzyiqlərin bəlkə də iki-üç dəfə artığı bizə var, amma nə qorxuruq, nə də çəkinirik. Bərabərhüquqlu tərəfdaşlıq əsasında öz xalqımızın, dövlətimizin maraqlarını təmsil edirik” - deyə, S.Novruzov vurğulayıb.

Paylaş:
Baxılıb: 954 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31