/ / Vaşinqtonda keçirilmiş “Transformasiya meyilləri - 2014” mövzusunda konfransda Cənub Qaz Dəhlizinin rolu qeyd edilib
Vaşinqtonda keçirilmiş “Transformasiya meyilləri - 2014” mövzusunda konfransda Cənub Qaz Dəhlizinin rolu qeyd edilib
17.12.2013 [09:30]
Nüfuzlu “Foreign Policy Magazine” jurnalı ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin dəstəyi ilə “Transformasiya meyilləri - 2014” mövzusunda konfrans keçirib.
Konfransda ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmurları, Amerikanın dövlət və özəl idarələrinin, elmi-tədqiqat mərkəzlərinin direktorları və rəhbərləri çıxış ediblər.
AzərTAc xəbər verir ki, konfransın giriş panelində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və milli təhlükəsizlik məsələləri üzrə müşavirin müavini Entoni Blinken çıxış edib. O, İranın nüvə proqramına dair ABŞ-ın apardığı danışıqlar, Əfqanıstana və İrana dair proqnozları və ABŞ-ın siyasətinin təhlili, habelə Şərqi Çin dənizindəki Senkaku adaları ətrafında yaranmış vəziyyət barədə məlumat verib. Sonra “2014: qaynar nöqtələr və gələn ilin tendensiyaları” adlı birinci paneldə ABŞ dövlət katibinin böyük müşaviri Tom Şennon, Amerika Neft İnstitutunun direktoru Cek Herard, ABŞ Dövlət Departamentinin strateji planlaşdırma və siyasət şöbəsi direktorunun birinci müavini Ceyms Beyker və “Beynəlxalq sülh uğrunda” Karnegi Fondunun energetika və iqlim proqramının direktoru Devid Bervel çıxış edib. Onlar ABŞ-da və Avropada enerji təhlükəsizliyi barəsində ABŞ-ın siyasətini müzakirə edib, energetika sahəsində yeni meyillər barədə söhbət açıblar.
AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı Azərbaycanın təşəbbüslərini və Avropanın enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz dəhlizinin əhəmiyyətini xatırladaraq, konfrans iştirakçılarından xahiş edib ki, panel iclasında çıxış edənlər ABŞ-ın yeni təbii qaz mənbələrinin Cənub Qaz dəhlizinə qoşulmasına yönəlmiş siyasəti və səyləri barədə danışsınlar. O, Türkmənistanın təklif edilən Transxəzər qaz kəməri vasitəsilə qaz ehtiyatlarını və Aralıq dənizinin şərq hissəsində işlənilən yataqlardan çəkiləcək potensial qaz kəmərini nümunə göstərib. Panel iştirakçıları qeyd ediblər ki, bu, ciddi diskussiyalar aparılmasını tələb edən mühüm məsələdir və göstərilən mənbələrin Cənub Qaz dəhlizinə qoşulması hələ gündəmdə deyildir.
Digər panellərdə ABŞ-ın Misirdəki keçmiş səfiri Ann Paterson, Con Hopkins Universiteti yanında Pol Nitse adına Perspektivli Beynəlxalq Araşdırmalar Məktəbinin dekanı Vali Nəsr, Birləşmiş Ərəb Əmirliklərinin TwoFour54 tibb şirkətinin prezidenti Nura əl-Kaabi çıxış edib. Onlar Yaxın Şərqdə siyasi tendensiyaları müzakirə ediblər. ABŞ-ın ticarət nümayəndəsinin müavini Mirian Sapiro, Atlantik Şurasının prezidenti Fredrik Kempe, ABŞ İxrac-İdxal Bankının sədri Fred Hokberq və digər siyasətçilər Transatlantik Alyans ətrafında dəyişiklikləri və XXI əsrdə Asiya ölkələri ilə ABŞ-ın münasibətlərini müzakirə ediblər.
Konfransın sonunda ABŞ dövlət katibi Con Kerri “Diplomatiyanın bərpa edilməsi ABŞ-ın xarici siyasətinin mərkəzindədir: keçən ilə dair fikirlər və gələn il nələr gözlənilir?” mövzusunda çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10

