/ / Riqada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş bayram tədbiri keçirilib
Riqada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş bayram tədbiri keçirilib
26.12.2013 [09:54]
Dekabrın 24-də Riqada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə, Yeni İlə və “Azəri” cəmiyyətinin 25 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, səfirliyin əməkdaşları, Latviya, Almaniya və İsveçdə Azərbaycan diasporunun nümayəndələri, habelə bu ölkədə fəaliyyət göstərən moldav və gürcü diasporlarının üzvləri iştirak ediblər.
“Azəri” cəmiyyətinin sədri Ulduzxan Əhmədov qonaqları salamlayaraq tədbir iştirakçılarını bu təşkilatın yubileyi və qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. U.Əhmədov deyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Öz doğum gününü qeyd edir. U.Əhmədov Latviyanın Azərbaycan diasporu adından Prezidenti təbrik edərək vurğulayıb ki, bu istedadlı və əzmkar rəhbər Azərbaycan dövlətinin başçısı vəzifəsində işlədiyi illər ərzində ölkəmizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında respublikamızın nüfuzunun və təsirinin artması üçün çox iş görüb.
U.Əhmədov 25 il bundan əvvəl “Azəri” cəmiyyətinin yaranması tarixi barədə ətraflı məlumat verərək qeyd edib ki, SSRİ-nin dağıldığı dövrdə yaradılmış bu təşkilatın məqsədi həmin mürəkkəb şəraitdə Latviya azərbaycanlılarını birləşdirmək idi.
Azərbaycanın Latviyadakı Fövqəladə və Səlahiyyətli səfiri Elman Zeynalov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edərək qarşıdan gələn ildə hamıya cansağlığı və uğurlar arzulayıb.
Diplomatın sözlərinə görə, bu bayram tədbirinin daha bir əlamətdar tarix - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ilə eyni vaxta düşməsi rəmzi məna daşıyır. Elman Zeynalov qeyd edib ki, İlham Əliyevə xas olan nadir keyfiyyətlər - Onun uzaqgörən siyasətçi, perspektivli məqsəd və vəzifələrin müəyyən edilməsində genişmiqyaslı təfəkkür sahibi olması, bu məqsədlərə nail olmaq əzmkarlığı Azərbaycan Prezidentinin bu ali dövləti vəzifədə uğurlu işini təmin edib.
Səfir Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlər mövzusuna toxunaraq diqqətə çatdırıb ki, son iki ildə ölkələrimiz arasında əlaqələr intensiv inkişaf edib, yüksək səviyyədə qarşılıqlı səfərlər olub. E.Zeynalov deyib: “Bu münasibətləri inkişaf etdirməklə bərabər, həm də qoruyub saxlamaq lazımdır”.
Səfir “Azəri” cəmiyyətini də 25 illik yubiley münasibətilə təbrik edərək vurğulayıb ki, bu təşkilatın məqsədi və vəzifəsi Latviya azərbaycanlılarını sıx birləşdirmək, onların dilinin, mədəniyyətinin, etnik bənzərsizliyinin qorunub saxlanmasına dair tədbirlər həyata keçirməkdən ibarətdir. Səfir “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin işi barədə də məlumat verərək bildirib ki, bu Mərkəz mütəmadi olaraq Qarabağ, Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir, həmin problemlər barəsində həqiqətləri avropalılara çatdırmaq üçün səy göstərir, azərbaycanlıların öz tarixi Vətəni ilə əlaqələrini möhkəmlətməyə yönəlmiş mühüm iş aparır.
Azərbaycan diasporunun üzvləri tədbirdə çıxış edərək Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, əmin olduqlarını bildiriblər ki, Onun məqsədyönlü və çoxşaxəli fəaliyyəti bundan sonra da doğma Azərbaycanın çiçəklənməsinə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə və xalqımızın maddi rifahının yüksəlməsinə xidmət edəcək.
Azərbaycan xalqının zəngin mədəni irsinin dünyada populyarlaşdırılmasında UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu da vurğulanıb.
İsveçdəki Azərbaycan diasporunun nümayəndəsi, Latviyadakı moldav və gürcü diasporlarının rəhbərləri də tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və “Azəri” cəmiyyətinin 25 illik yubileyi münasibətilə təbrik edib, onlara xoşbəxtlik və əmin-amanlıq arzulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

