/ / Azərbaycan və İordaniya arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Azərbaycan və İordaniya arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16.01.2014 [14:48]
Yanvarın 15-də Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov və İordaniya Parlamentinin Aşağı Palatasının spikeri Atef Taravneh arasında görüş keçirilib.
Səfirliyin təşəbbüsü ilə baş tutmuş tanışlıq xarakterli görüşdə hər iki ölkənin qanunverici orqanları və digər sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Səfir Sabir Ağabəyov Atef Taravnehə İordaniya Parlamentinin Aşağı Palatasının spikeri seçilməsi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən ünvanlanmış təbrik məktubunu təqdim edərək, ona vəzifə səlahiyyətlərinin icrasında müvəffəqiyyətlər diləyib.
Diplomat Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyi barədə məlumatı qarşı tərəfin diqqətinə çatdıraraq, İordaniya Parlamentinin Aşağı Palatasında da belə bir qrupun yaxın vaxtlarda formalaşdırılacağına ümidini ifadə edib.
Daha sonra səfir Sabir Ağabəyov İordaniya Senatı tərəfindən Xocalı soyqırımını pisləyən qətnamənin qəbul edildiyini və yaxın vaxtlarda parlamentin Aşağı Palatası tərəfindən də müvafiq qərarın qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.
Atef Taravneh təbrik məktubuna görə təşəkkürünü bildirərək, yaxın vaxtlarda parlamentin Aşağı Palatasında İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinin təsdiq ediləcəyini bildirib.
Xocalı soyqırımı ilə bağlı qərarın qəbul edilməsi məsələsinə münasibət bildirən A.Taravneh, ölkəsinin daim ədalət prinsipini üstün tutduğunu və bu məsələdə İordaniya Parlamentinin Aşağı Palatası tərəfindən müvafiq qərarın qəbul ediləcəyini diqqətə çatdırıb.
Sonda tərəflər iki dövlət arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf tempindən məmnunluqlarını ifadə edərək Prezident İlham Əliyev və Kral II Abdullah İbn Əl-Hüseynin bu əlaqələrin inkişafındakı rollarını xüsusilə vurğulayıblar.
Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə İordaniya tərəfinə məlumat-təbliğat xarakterli əyani vəsait, ölkəmizin mədəni irsini təbliğ edən qiymətli hədiyyələr təqdim edilib.
Görüşdə parlamentin Aşağı Palatasının üzvləri Hazem Qaşu, Fələk Camali, Parlament Aparatının üzvləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

