Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib
18.01.2014 [08:54]
Mübariz Qurbanlı: Biz hamımız bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün çalışmalıyıq
Dünən Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, “qanlı tarix” illər, əsrlər ötsə də, insanlarımızın xatirəsində hər zaman yaşayacaq. Onun sözlərinə görə, bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir: “Lakin Azərbaycan xalqı bu günü yalnız hüzn və matəm günü olaraq qeyd etməməlidir. 20 Yanvar gecəsi baş verən faciə, eyni zamanda, millətimizin tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil oldu. 1990-cı ilin yanvar ayının “Qanlı Şənbə” axşamı, illərdən bəri azad yaşamaq istəyən xalqımızın mərd oğul və qızları azadlıq uğrunda ilk qəti addımlarını atdılar. Yəni, bizim bu günümüz üçün öz canlarını fəda etdilər. Vətən şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır, çünki Vətən və torpaq şəhidləri ilə ucalır”.
E.Qasımov qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev hələ Moskvada yaşayarkən, həyatını böyük təhlükə altında qoyaraq, hadisənin səbəbkarlarına kəskin etirazını bildirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, 24 il öncə Azərbaycan xalqının taleyində nəhs və qorxunc günlər yaşanırdı. Onun sözlərinə görə, xalqımız qırmızı imperiyanın “Qızıl ordusu”nun, sovet hərb maşınının zoruna məruz qalmışdı: “Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların altına atılmışdı. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, Qarabağ uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi”.
M.Qurbanlı qeyd edib ki, həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu yeridilib. “SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 137 mülki vətəndaş öldürülmüş, 700-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. “Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün dövlət və hökumət nümayəndələri var gücləri ilə çalışırlar ki, Azərbaycan xalqının başına gətirilmiş bütün müsibətlər və faciələr dünya dövlətləri tərəfindən tanınsın və bu hadisələrə hüquqi qiymət verilsin. Biz hamımız əl-ələ verib bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün çalışmalıyıq” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Tədbirdə 20 Yanvar faciəsi zamanı lentə alınmış görüntüləri əks etdirən film nümayiş etdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20

