Daşkəsəndə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
22.01.2014 [11:44]
Daşkəsən rayonunda 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Belə ki, Daşkəsən rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkil etdiyi ümumrayon tədbiri ilə yanaşı, rayonun ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsi ilə bağlı toplantılar, “dəyirmi masalar”, müzakirələr və digər anım mərasimləri keçirilib.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ümumrayon anım mərasimində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüb, onların ehtiyac və qayğıları ilə maraqlanıb. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 20 Yanvar xalqımızın qürur və qəhrəmanlıq tarixidir: “Biz azadlığımız uğrunda canlarını fəda edən bütün şəhidlərimizlə fəxr edirik. Onların əziz xatirəsi həmişə olduğu kimi, bu gün də Daşkəsəndə böyük ehtiramla yad olunur və qəlbimizdə həmişə yaşayacaqdır”.
Əhəd Abıyev onu da deyib ki, 20 Yanvar faciəsi dəhşətli bir cinayətdir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının hərb maşınları Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda aparılan milli azadlıq mübarizəsini boğmaq üçün Bakıya bir neçə istiqamətdən hücum etdi. 20 Yanvar Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Həmin gün xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin yenilməz iradəsinin rəmzinə çevrilmiş vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Şəhidlər Xiyabanında dəfn olunmuş şəhidlərdən biri də daşkəsənli həmyerlimiz Ülvi Yusif oğlu Bünyadzadədir”.
Daha sonra Əhəd Abıyev deyib ki, həmin illərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının qarşısını almaq üçün yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin, ağır günlərdə xalqla bir yerdə olan Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı böyük cəsarətlə vətənpərvərlik mövqeyi nümayiş etdirmişdir: “Ulu öndərimiz 1990-cı il yanvarın 21-də Özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xarici jurnalistlər qarşısında çıxış etmiş, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edərək, bu cinayətə qarşı etiraz səsini ucaltmışdır. Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi məsələsi öz həllini tapmışdır. 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilmişdir. 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini həmişə uca tutan Ulu öndərimiz onların adlarının əbədiləşdirilməsinə, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu gün bu humanist siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu qəbildən olan vətəndaşlarımıza- müharibə veteranlarına, şəhid ailələrinə, əlillərə daim diqqət və qayğı göstərir və onların problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifə olaraq bir tələb kimi qarşıya qoyur. Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva da müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə böyük qayğı ilə yanaşır”.
Xəbər lenti
Hamısına baxElanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06

