/ / Azərbaycan və Gürcüstan arasında fövqəladə halların qarşısının alınması sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan və Gürcüstan arasında fövqəladə halların qarşısının alınması sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
29.01.2014 [09:00]
Yanvarın 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında yaxın qonşuluq və dostluq əlaqələrinin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb.
Azərbaycanın və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin perspektivlərindən danışan nazir respublikamızda fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelauri ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə qarşılıqlı təcrübə mübadiləsinin və birgə seminar-təlimlərin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə Əlaqə İdarəsinin multimedia mərkəzinin, tibb məntəqəsinin, o cümlədən Mülki Müdafiə Qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olan qonaqlara bu təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat verilib.
Gürcüstanın daxili işlər nazirinin müavini Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

