Rusiyanın İTAR-TASS Agentliyinin keçirdiyi sorğunun nəticələri elan olunub
06.02.2014 [09:41]
Rusiyanın İTAR-TASS Agentliyi 2013-cü ilin 1 nömrəli siyasətçisinin, 1 nömrəli elm adamının və 1 nömrəli mədəniyyət xadiminin müəyyənləşdirilməsi üçün dünyanın nüfuzlu informasiya agentlikləri və internet resursları arasında sorğu keçirib.
Sorğu ilə bağlı aparıcı beynəlxalq və regional birliklərin, informasiya agentlikləri alyanslarının rəhbərlərindən ibarət Beynəlxalq Ekspert Şurasının fevralın 5-də Moskvada iclası olub. Bir saatdan çox davam edən iclasda Ekspert Şurasının üzvləri - İTAR-TASS Agentliyinin Baş direktoru, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) prezidenti, MDB İnformasiya Şurasının sədri Sergey Mixaylov, Azərbaycan Dövlət Teleqraf Agentliyi -AzərTAc-ın Baş direktoru, OANA-nın vitse-prezidenti Aslan Aslanov, Xəbər Agentliklərinin Dünya Konqresinin Baş katibi Uve Sorensen (Danimarka), Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş katibi Erik Naylen (İsveç), Bolqarıstanın BTA Agentliyinin Baş direktoru, BSANNA-nın vitse-prezidenti Maksim Minçev, Vyetnam İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Le Zui Çuen, İTAR-TASS Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.
Sonra iclasın yekunlarına dair mətbuat konfransı keçirilib. İTAR-TASS-ın Baş direktoru Sergey Mixaylov mətbuat konfransını açaraq bildirib ki, sorğuda bütün beynəlxalq və regional informasiya agentlikləri birlikləri, o cümlədən EANA, OANA, FANA, BSANNA iştirak ediblər. Peşəkar xəbər media birliyinin üzvləri arasında ilk dəfə keçirilən bu sorğunun suallarını dünyanın 84 ölkəsindən 265 informasiya agentliyi və internet resursu cavablandırıb. 2013-cü ilin ümumdünya reytinqinə 175 informasiya agentliyi və KİV-i 230 görkəmli siyasi xadimin, elm və mədəniyyət sahəsində tanınmış 230 şəxsin namizədliyini təklif edib. Sorğunun nəticələri Beynəlxalq Ekspert Şurası üzvlərinə təqdim olunub.
Qlobal media birliyinin rəyinə əsasən, Rusiya Prezidenti Vladimir Putin 2013-cü ilin “1 nömrəli dünya siyasətçisi” seçilib. Növbəti yerləri Roma Papası Fransisk, AFR Kansleri Angela Merkel, ABŞ Prezidenti Barak Obama və başqaları tutublar.
Dünyanın elm adamları arasında birinci yerə 2013-cü ilin Nobel mükafatı laureatı, britaniyalı alim Piter Hiqqs layiq görülüb. Bu nominasiyada ən çox adları çəkilənlər sırasında Nobel mükafatı laureatları Fransua Enqler (Belçika) və Rendi Şekman (ABŞ) olublar.
Sorğuda adı çəkilən 106 mədəniyyət xadimi arasında Nobel mükafatı laureatı, Kanada yazıçısı Elis Munro qalib gəlib. Xəbər agentlikləri və KİV-lər 2013-cü ildə, həmçinin Valeri Georgiyev (Rusiya) və Malala Yusifzayın (Pakistan) xidmətlərini də qeyd ediblər.
Sorğunun qaliblərinə Beynəlxalq Ekspert Şurasının və İTAR-TASS-ın adından xatirə nişanları təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

