Azərbaycan ilə İsveç arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
08.02.2014 [15:52]
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkənin Ticarət Federasiyasının icraçı direktoru xanım Karin Johansson ilə görüşüb.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, təmsil etdiyi təşkilat haqqında məlumat verən K.Johansson deyib ki, İsveç Ticarət Federasiyası topdan və pərakəndə satış ilə fəaliyyət göstərən şirkətlər üçün biznes təşkilatıdır və əsas missiyası ticarət şirkətlərinə əlverişli şərait yaratmaqdır.
Səfir A.Məmmədov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi 22 il ərzində böyük uğurlar qazanıb. Azərbaycanın İsveçin ticarət sahəsindəki təcrübəsindən yararlanmaqda maraqlı olduğunu bildirən səfir ölkələrimiz arasında ticarət sahəsindəki əlaqələrin hələ Nobel qardaşları dövrünə gedib çıxdığını diqqətə çatdırıb.
A.Məmmədov Azərbaycan ilə İsveç arasında qarşılıqlı ticarət münasibətlərinin bu gün bir sıra şirkətlər tərəfindən həyata keçirilməsinə baxmayaraq, daha da gücləndirilməsinin və bəzi sahələrdə qarşılıqlı sərmayələrin yatırılmasının əhəmiyyətini vurğulayıb.
Səfir A.Məmmədov Azərbaycanın üzümçülük, pambıqçılıq və ipəkçilik kimi tarixi ənənələrindən danışıb, iqtisadiyyatın bir çox sahələrindəki perspektivlərlə yanaşı, kənd təsərrüfatı sahəsindəki böyük imkanlar barədə həmsöhbətini məlumatlandırıb. Diplomat Azərbaycanın əlverişli iqlim şəraitinə və münbit torpaqlara malik olduğunu vurğulayaraq, İsveçin idxal etdiyi bir sıra məhsulların, o cümlədən meyvə və tərəvəzin yetişdirilməsi üçün ölkəmizdə bütün lazımi imkanların mövcudluğunu bildirib, Azərbaycan tərəfinin kənd təsərrüfatı sahəsində İsveç sərmayələrinin qoyuluşunda maraqlı olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə İsveç arasında ticarət dövriyyəsinin artırılması istiqamətində bir çox işlərin görülməsinin vacibliyi vurğulanıb, İsveç Ticarət Federasiyası ilə Azərbaycanın aidiyyəti qurumları arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

