/ / Siyavuş Novruzov: Bu gün Azərbaycan hakimiyyəti qədər xalqın qulluğunda duran, sosial problemlərini həll edən ikinci bir hökumət yoxdur
Siyavuş Novruzov: Bu gün Azərbaycan hakimiyyəti qədər xalqın qulluğunda duran, sosial problemlərini həll edən ikinci bir hökumət yoxdur
12.02.2014 [09:30]
“Bu gün Azərbaycan hakimiyyəti qədər xalqın qulluğunda duran, sosial problemlərini həll edən ikinci bir hökumət yoxdur. Azərbaycan Prezidenti istər beynəlxalq məsələlərdə və istərsə də, daxili siyasətdə hər zaman xalqın maraqlarını qoruyur”. Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ümid Partiyasının sədri İqbal Ağazadənin ölkə iqtidarına qarşı irəli sürdüyü ittihamlara cavabında deyib.
Hökumətin apardığı islahatlar haqda danışan S.Novruzov bildirib ki, sosial problemlərin həlli məqsədilə Prezident İlham Əliyev kifayət qədər Fərman və sərəncamlar imzalayıb: “Son 10 ildə ölkədə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib, o cümlədən, yollar, körpülər, parklar salınıb. Bütün ucqar dağ kəndlərinə qaz və işıq çəkilib. Hər bir yerdə insanlarımızın rahat yaşamaları üçün lazımi şərait yaradılıb və yaradılır. Əgər bunu kiminsə gözü görmürsə, başa düşmürsə, yaxud da düşmək istəmirsə, bu, artıq o adamların problemidir”.
Millət vəkili qeyd edib ki, ölkə Konstitusiyasının ən əsas tələblərindən biri olan ictimai-siyasi sabitlik Azərbaycanda qorunub saxlanılır: “Bu gün Azərbaycan nəinki regionda, o cümlədən dünyada ictimai-siyasi sabitliyi olan və təhlükəsiz ölkələrdən biridir. Bütün beynəlxalq tədbirlər də bu səbəbdən Azərbaycanda keçirilir. Bunu başa düşməyən xalqa hansı xidmətdən, Konstitusiyanın pozulmasından danışır? Ölkə Konstitusiyasının tələblərini pozan müxalifətdə təmsil olunanlardır. Qoy, onlar göstərsinlər ki, xalqa hansı xidməti göstəriblər. Onların Azərbaycana ziyandan başqa heç bir xidmətləri yoxdur”.
S.Novruzov bildirib ki, müxalifətin müxtəlif növləri var - radikal və digər qanadı mövcuddur: “Müxalifətdə biri söyüş, digəri tənqid, bir başqası isə təkliflər yolunu seçir. Müxalifətçilik söyüş söymək və yaxuddakı düşmənçilik mövqeyində durmaq demək deyil. Azərbaycan müxalifətinin danışmağa heç bir əsası yoxdur.
Onların danışmaq üçün elmi, fundamental, əsasları yoxdur. İnanmıram ki, müxalifətdə nəyi isə elmi cəhətdən əsaslandırıb, alternativ təkliflərlə masaya qoya bilərlər. Elə, İqbal Ağazadənin rəhbəri olduğu Ümid Partiyası da heç vaxt alternativ təkliflə çıxış etməyib.
Ümumilikdə Azərbaycanın qaraguruh müxalifəti 20 ildən artıqdır ki, ortalığa heç bir təklif qoymayıb. Onlar 1989-cu ilin əvvəlində hansı təfəkkürdə idilərsə, indidə o şəkildə fəaliyyətlərini davam etdirirlər. Ona görə onların gələcəkdə də perespektivləri yoxdur”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

