/ / Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Monako Knyazı II Albert ilə görüşüb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Monako Knyazı II Albert ilə görüşüb
19.02.2014 [09:24]
Fevralın 18-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində Monako Knyazı II Albert ilə görüşüb.
Monako Knyazı II Albert, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzi gəziblər.
Monako Knyazının diqqətinə çatdırılıb ki, Mərkəzdə xalqımızın Ümummilli liderinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Burada toplanılan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeyin müxtəlif bölmələrində Ulu öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının ayrı-ayrı aspektləri virtual formada təqdim edilir. Bu, muzeyin orijinallığını daha da artırır. Dizaynına və tətbiq olunan yeni texnologiyaya görə fərqlənən muzey Heydər Əliyev Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir.
Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər də açılıb. Burada xalqımızın tarixini və mədəniyyətini əks etdirən “Azərbaycan inciləri” ekspozisiyasında ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.
Monako Knyazı II Albert Mərkəzdə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə də tanış olub. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyət daşıyan bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin sintezini təcəssüm etdirən müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı və Monako Knyazı II Albertin görüşü olub. Görüşdə 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq, Heydər Əliyev Fondunun mədəniyyət və təhsil sahələrində gördüyü işlər, birgə konsertlərin keçirilməsi, Heydər Əliyev Mərkəzində şahzadə Qreysin sərgisinin təşkili məsələləri müzakirə edilib.
Azərbaycanda məşhur maestro Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş ənənəvi musiqi festivalından xəbərdar olduğunu deyən Monako Knyazına tanınmış rəssam Altay Sadıqzadənin “Bakı” və “Monako” adlı əsərləri hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21

