/ / “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: hüquqi və siyasi təhlil” mövzusunda Beynəlxalq “dəyirmi masa” keçirilib
“Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: hüquqi və siyasi təhlil” mövzusunda Beynəlxalq “dəyirmi masa” keçirilib
25.02.2014 [09:23]
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin insan hüquqları kafedrasının ilk layihəsi olan “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: hüquqi və siyasi təhlil” mövzusunda Beynəlxalq “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi nəşrlər siyahısına daxil olan “Beynəlxalq hüquq və inteqrasiya problemləri” adlı elmi-analitik və praktiki jurnalın Xocalı soyqırımına həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub.
Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Rəbiyyət Aslanova və BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş bu tədbirin faciənin elmi müstəvidə təhlili baxımından əhəmiyyətini vurğulayıblar. Natiqlər Xocalı faciəsinin dəhşətlərindən, Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələrindən danışıblar. Faciənin dəhşətli nəticələrinin bütün dünyaya çatdırılması istiqamətində işlərin görüldüyü vurğulanaraq beynəlxalq hüquq müstəvisində bu soyqırıma verilmiş hüquqi-siyasi qiymət təhlil edilib.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur birləşmələri Xocalıda etnik təmizləmə və soyqırımı siyasəti törədib. Soyqırımı nəticəsində yeddi min nəfərədək əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edilib, 613 nəfər amansızcasına qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 8 ailə yer üzündən silinib.
Erməni quldur dəstələrinin Xocalıda həyata keçirdikləri qətliamın bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən dəhşətli cinayət olduğu bildirilib. Bu amansız soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində Ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan hökuməti və parlamenti tərəfindən Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində mühüm işlər görülüb.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı Xocalı faciəsinə verilmiş ilk hüquqi-siyasi qiymət idi.
Həmçinin Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, Heydər Əliyev Fondunun soyqırımı həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətindəki xidmətləri qeyd edilib. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlər xüsusi qiymətləndirilib.
BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Polşanın Krakov Universitetinin professoru Aleksandr Merejko və digər çıxış edənlər faciənin baş verdiyi tarixi dövr və onun səbəbləri haqqında məlumat veriblər. Bildirilib ki, bu gün Xocalı soyqırımının dünyaya çatdırılması, dünya ictimaiyyətinin bu faciəni tanıması istiqamətində beynəlxalq hüquq normaları çərçivəsində xeyli işlər aparılır. Azərbaycan xalqının ermənilərin törətdikləri vəhşilikləri heç vaxt unutmamasının vacibliyi vurğulanaraq bildirilib ki, bu həqiqətləri dünyaya çatdırmaq, beynəlxalq müstəvidə tanınmasına nail olmaq hamının borcudur.
Tədbirdə, həmçinin “Beynəlxalq hüquq və inteqrasiya problemləri” adlı elmi-analitik və praktiki jurnalı barədə məlumat verilərək bildirilib ki, jurnalda 30-a yaxın yerli və xarici mütəxəssisin Xocalı faciəsinin qlobal müstəvidə təhlili ilə bağlı məqalələri yer alıb. Jurnaldakı məqalələrin beynəlxalq auditoriya üçün də nəzərdə tutulduğu qeyd edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

