/ / Xocalının işğalı zamanı hətta müharibə qaydaları kobud surətdə pozulub və bütöv bir şəhər yer üzündən silinib
Xocalının işğalı zamanı hətta müharibə qaydaları kobud surətdə pozulub və bütöv bir şəhər yer üzündən silinib
27.02.2014 [09:06]
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, mərasimi açan Xidmət rəisinin müavini, polkovnik Zaur Abdullayev Xocalının işğalı zamanı hətta müharibə qaydalarının pozulduğunu, bütöv bir şəhərin yer üzündən silindiyini vurğulayıb.
Qeyd edib ki, bizim sıralarımızda xidmət edən döyüşlərin iştirakçısı olmuş zabitlərimiz daha yaxşı bilirlər ki, müharibənin öz qaydaları vardır və bu qaydalarda dinc əhaliyə, qadınlara, uşaqlara toxunmamaq əsas götürülür. Amma Xocalıda biz heç kimə fərq qoyulmadığının şahidi olduq. Xocalı faciəsi məhz buna görə insanlığa qarşı cinayətlərlə eyni sırada dayanır.
Xocalı faciəsinə hüquqi qiymət verilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu qeyd edilib, Heydər Əliyev Fondunun bu soyqırımı aktının dünyada tanıtdırılması istiqamətində gördüyü işlərdən söz açılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası nəticəsini verir və artıq dünya Xocalı hadisələrini soyqırımı kimi tanıyır.
Daha sonra Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin idarə rəisi Cavanşir Vəliyev çıxış edərək “Xocalıya ədalət!” Beynəlxalq kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən aparılan işlərdən söz açıb.
Cavanşir Vəliyev kampaniyanın nəticəsi olaraq artıq bir neçə ölkədə Xocalı soyqırımının tanındığını vurğulayaraq, bununla kifayətlənməli olmadığımızı deyib. O, komitə tərəfindən Xocalı soyqırımının dünyaya çatdırılması ilə bağlı tədbirlərin yalnız fevralın 26-da deyil, il ərzində həyata keçirildiyini qeyd edib.
Müstəqil tədqiqatçı Rövşən Məmmədov isə Xocalı faciəsinin tarixindən ətraflı söhbət açıb. O, həmçinin Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdiyi “Xocalı-1992” kitabını təqdim edib.
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov Xocalı soyqırımının dünyada tanıtdırılmasında QHT-lərin, gənclərin, tələbələrin rolundan danışıb.
Daha sonra “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Xocalı soyqırımına həsr etdiyi sosial çarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09

