Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

30.09.2026 [21:18]

İndoneziyada sərnişin gəmisinin aşması nəticəsində ölənlərin sayı 78-ə çatıb.

Elchi.az Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, gəmidə olan 243 nəfərdən 108-i xilas edilib, 57 nəfərin axtarışı isə davam etdirilir. Bildirilib ki, “Virgo Transport 8” gəmisi sentyabrın 12-də Şərqi Yavanın Surabaya şəhərindən Cənubi Kalimantanın Banjarmasin şəhərinə yola düşüb. Pis hava şəraiti ilə qarşılaşan gəmi ilə əlaqə sentyabrın 13-də kəsilib.

Xilasedicilər gəminin içərisindən və Mərkəzi Kalimantan sahillərindən meyitlər aşkar ediblər.

Qeyd edək ki, təxminən 17 min adadan ibarət İndoneziyada adalararası nəqliyyatda bərə və digər dəniz nəqliyyatı vasitələrindən geniş istifadə olunur.

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30