Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

30.09.2026 [19:37]

Böyük Britaniyanın daxili təhlükəsizlik xidməti MI5 ölkədəki universitet və alimlərə Çinlə əlaqəli tədqiqat əməkdaşlıqları ilə bağlı xəbərdarlıq edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, MI5-nin məlumatına əsasən, Britaniya institutları ilə əlaqəli 100-dən çox alim bilmədən Çinin kəşfiyyat və təhlükəsizlik strukturlarına fayda verən layihələrdə iştirak edib.

MI5 bildirir ki, “China General Technology Research Institute” (CGTRI) adı ilə fəaliyyət göstərən və bəzi mənbələrdə “China Academy of General Technology” (CAGT) kimi təqdim edilən qurumun Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə çox güclü əlaqələri var. Britaniya təhlükəsizlik xidmətinin qənaətinə görə, CGTRI-nin əsas məqsədlərindən biri akademik tədqiqatları maliyyələşdirməklə Çinin xüsusi xidmət orqanlarının texniki casusluq imkanlarını inkişaf etdirməkdir. Araşdırmalara süni intellekt, kibertəhlükəsizlik, məxfi kommunikasiya sistemləri və steqanoqrafiya kimi sahələr daxildir.

MI5 qeyd edib ki, bəzi hallarda tədqiqatçılar layihələrinin arxasında hansı qurumun dayandığından və maliyyənin son mənbəyindən xəbərsiz olublar. Böyük Britaniyanın təhlükəsizlik naziri Den Carvis bildirib ki, xəbərdarlıq Çin kəşfiyyatının britaniyalı alimlərin bilik və araşdırmalarından gizli şəkildə faydalanmaq cəhdlərini üzə çıxarır. O, ölkədəki universitetlərin rəhbərlərinə məktub göndərərək CGTRI ilə mövcud əlaqələrin dayandırılmasına çağırıb. MI5 həmçinin xəbərdarlıq edib ki, qurumla əməkdaşlığın davam etdirilməsi müəyyən hallarda 2023-cü il Milli Təhlükəsizlik Aktı çərçivəsində hüquqi məsuliyyət yarada bilər.

Britaniya təhlükəsizlik xidməti universitetlərə və tədqiqatçılara Çin qurumları ilə yeni əməkdaşlıqlara başlamazdan əvvəl maliyyələşmənin son mənbəyini diqqətlə yoxlamağı tövsiyə edib.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30