/ / Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında 2014-2015-ci illər üçün ikitərəfli və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr planı imzalanıb
Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında 2014-2015-ci illər üçün ikitərəfli və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr planı imzalanıb
15.03.2014 [10:46]
Martın 14-də Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rumıniya xarici işlər nazirinin müavini Boqdan Aureskunun iştirakı ilə siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əlaqələrin strateji xarakter daşıdığı vurğulanıb.
Xələf Xələfov Azərbaycan ilə Rumıniya arasında siyasi dialoqun yüksək səviyyəsinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, sənaye, müdafiə sənayesi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. Azərbaycan ilə Rumıniya arasında münasibətlərin daha da inkişafı üçün heç bir məhdudiyyətin olmadığı qeyd edilib. Nazir müavini ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini də vurğulayıb. O, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu qeyd edib.
Boqdan Auresku Azərbaycan ilə Rumıniya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün hər cür imkanların olduğunu söyləyib və bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini bildirib. Rumıniya rəsmisi ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli siyasi şəraitin olduğunu da vurğulayıb.
Xələf Xələfov Azərbaycanın qonşu dövlətlər ilə münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib, regionda sabitlik və davamlı inkişaf üçün yeganə maneə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini göstərib. X.Xələfov rumıniyalı həmkarına münaqişə haqqında məlumat verərək, Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin perspektivsiz olduğunu bildirib, apardığı işğalçılıq siyasəti nəticəsində Ermənistanın regionda həyata keçirilən bütün irimiqyaslı enerji və nəqliyyat layihələrindən kənarda qaldığını qeyd edib. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin nəzarətsiz qaldığını deyən X.Xələfov həmin ərazilərin beynəlxalq terror təşkilatlarının təlim mərkəzi kimi, insan alveri, qeyri-qanuni silah alveri, narkotik maddələrin yetişdirilməsi və tranziti üçün istifadə edildiyini vurğulayıb. Bu vəziyyətin regionda sülh və sabitliyə təhlükə təşkil etdiyini bildirən X.Xələfov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd edib.
Boqdan Auresku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bunu bütün müstəvilərdə ifadə edəcəklərini bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan Respublikası və Rumıniya Respublikası Xarici İşlər nazirlikləri arasında 2014-2015-ci illər üçün ikitərəfli və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr planı imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21

