/ / Sahibə Qafarova: Hökumət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifə və tapşırıqların öhdəsindən uğurla gəlməyi bacarıb
Sahibə Qafarova: Hökumət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifə və tapşırıqların öhdəsindən uğurla gəlməyi bacarıb
18.03.2014 [09:17]
“Əvvəlki illərdə olduğu kimi, son bir ildə də Azərbaycan hökumətinin fəaliyyəti təqdirəlayiqdir. Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti müsbət qiymətləndirilir və qənaətbəxş hesab olunur. Hesab edirəm ki, hökumət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Nazirlər Kabineti qarşısında qoyulan vəzifə və tapşırıqların öhdəsindən uğurla gəlməyi bacarıb”. Bu fikirləri Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair hesabata münasibət bildirən millət vəkili Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, ötən ildə də Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, öz dinamik inkişaf səviyyəsini qoruyub-saxlamağa nail olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir və bu siyasətin başlıca məqsədi kimi hər bir vətəndaşın rifahı davamlı olaraq yüksəlir: “Bu gün Azərbaycan hər cəhətdən regionun lider dövlətidir. Bunlar da heç şübhəsiz ki, Azərbaycan Prezidentinin məqsədyönlü, düşünülmüş siyasəti və bu siyasəti öz fəaliyyətində daim rəhbər tutan Azərbaycan hökumətinin, Nazirlər Kabinetinin gərgin zəhməti, əməyi ilə bağlıdır. Odur ki, hökumətin son birillik fəaliyyətini də uğurlu hesab edir və onun atdığı addımları dəstəkləyirəm”.
Xüsusilə, təhsil və elmin inkişafı istiqamətində görülən işlərdən danışan millət vəkili S.Qafarova deyib ki, bütün digər sahələrdə olduğu kimi, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin və təhsilin inkişafı sahəsində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiririlr. “Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə çox mühüm addımlar atılmaqdadır. Nazirlər Kabinetinin hesabatında da göstərilir ki, ötən il təhsil sektoruna ayrılan vəsaitin artırılması təmin edilib və 2013-cü ildə bu sahəyə 1,53 milyard manat vəsait ayrılıb. 2004-cü ildə təhsilə ayrılan vəsaitin həcmi cəmi 308 milyon manat təşkil edib. Bu o deməkdir ki, 2004-cü ildən bu yana bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 5 dəfə artırılıb. Eyni zamanda, 300-ə qədər yeni ümumtəhsil məktəbi tikilib və 240 məktəb müxtəlif fənn laboratoriyaları ilə təmin edilib”, - deyən Sahibə Qafarova vurğulayıb.
O, həmçinin, bildirib ki, ötən ildə təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi genişlənib. Eyni zamanda, elm sahəsinə ayrılan vəsait də 31 faiz artaraq 3,8 milyon manat təşkil edib. Bütün bunlar isə Azərbaycan dövlətinin elm və təhsil sahəsinə yüksək diqqət və qayğısının, ölkəmizin parlaq gələcəyinin bu gündən təmin olunmasının açıq ifadəsidir: “Düşünürəm ki, bu gün həyata keçirilən effektiv islahatlar Azərbaycanın təhsil sisteminin inteqrasiyasına, ölkədə təhsilin standartlarının yüksəldilməsinə, Azərbaycan elminin dünyanın qabaqcıl dövlətləri ilə rəqabət qabiliyyətinin artırılmasına və nəticə etibarilə cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın regionun elm mərkəzinə çevrilməsinə şərait yaradacaq. Əlbəttə ki, görülən bu işlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin uğurlu fəaliyyətinin də mühüm rolu var. Ona görə də, bir daha həm bu fəaliyyəti, həm də təqdim edilən hesabatı yüksək qiymətləndirirəm”.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

