/ / “Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
16.10.2026 [22:44]
“Environmental Protection First” koalisiyası Ermənistanda COP17 – Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib.
AZƏRTAC müraciəti təqdim edir.
COP17 təbiət naminə biomüxtəlifliyin itirilməsinin qarşısını almağa yönəlsə də, bu konfransa torpaqların deqradasiyası, transsərhəd çayların çirklənməsi və sistematik şəkildə ekosid törətmiş bir ölkənin ev sahibliyi etməsi ikili standartdan başqa bir şey deyil.
Əsl təbiətsevərlik ikili standartlardan, selektiv yanaşmadan və yalançı ekoloji təəssübkeşlikdən uzaq olmalıdır. Bu səbəbdən COP17-də iştirak edən bütün iştirakçıları və nümayəndələri standart tezislərdən kənara çıxmağa və Ermənistanın daxilində və transsərhəd çayları vasitəsilə regionda səbəb olduğu ekoloji çirkləndirmə fəaliyyətini sorğulamağa çağırırıq.
Ermənistandakı COP17 iştirakçılarını sammit zamanı mümkün olan hər fürsətdə bu məsələləri qaldırmağa səsləyirik:
-Ermənistan tərəfindən transsərhəd çayların kimyəvi məhv edilməsi: Onilliklər ərzində Zəngəzur Mis-Molibden Kombinatı və Qapan Mədən və Emalı Zavodu tərəfindən atılan ağır metallar tərkibli zəhərli tullantılar Oxçuçayı ciddi şəkildə çirkləndirib. Bir vaxtlar canlı olan bu su hövzəsi zəhərli, pas rəngli kimyəvi bataqlığa çevrilib. Sözügedən bu ekoloji çirklənmə bu ərazilərdəki biomüxtəlifliyi, o cümlədən Ermənistandan qovulan Qərbi azərbaycanlıların tarixən məskunlaşdığı yaşayış məntəqələrinin təbiətini tamamilə məhv edərək bu insanların gələcəkdə ləyaqətlə öz dədə-baba yurdlarına qayıtmalarına da əngəl törədir;
-Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərində ətraf mühitin çirkləndirilməsi: Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri Ermənistan tərəfindən işğal dövründə sistemli şəkildə dağıntılara, meşələrin qırılmasına və təbii sərvətlərin qanunsuz istismarına məruz qalıb;
-Azərbaycan sərhədi yaxınlığında təhlükəli sənaye layihələri: Ermənistan Azərbaycanla sərhədə yaxın ərazilərdə, məsələn, Arazdəyəndə (Yerasx) ağır sənaye və metallurgiya layihələrini həyata keçirməyə çalışması sərhədyanı bölgədə məqsədli şəkildə ekoloji zərərli sənayenin yerləşdirilməsinin bir nümunəsidir;
-Nəzarətsiz mədənçilik fəaliyyəti və çaylarının yuxarı axında çirklənməsi: Ermənistanda davam edən mədən əməliyyatları və zəhərli tullantıların demək olar ki təmizlənmədən sərhəd çaylarına axıdılması Azərbaycanın ekoloji tarazlığını, torpaq münbitliyini və su ehtiyatlarını təhdid edir;
-Ermənistan BMT-nin Su Konvensiyasına hələ də qoşulmayıb: Ermənistan BMT-nin Sərhəddən Keçən Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi Konvensiyasına (Helsinki Konvensiyası) tərəf olmamaqla yanaşı, qonşu ölkələrlə bu sahədə əməkdaşlıq etməkdən də imtina edir. Uzun müddətdir ki, sərhədyanı ətraf mühitə ziyan vuran, ekosistemi məhv edən bir dövlətin bu beynəlxalq konvensiyaya belə qoşulmadan özü barəsində “ətraf mühitin qayğısına qalan dövlət” imici yaratmağa cəhd etməsi qəbuledilməzdir.
Biomüxtəliflik üçün əsl qlobal əməkdaşlıq dürüstlük, şəffaflıq və təbiətin mühafizəsi üçün birgə səylərin göstərilməsi üzərində qurula bilər. Beynəlxalq ictimaiyyət Ermənistanın ətraf mühitə qarşı törətdiyi çoxsaylı cinayətləri hansısa beynəlxalq tədbir keçirməklə ört-basdır etməyə çalışmasına icazə verməməlidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Mədəniyyət
16 Oktyabr 10:04
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06

