/ / Azərbaycan ilə İspaniya və Latın Amerikası ölkələri arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
Azərbaycan ilə İspaniya və Latın Amerikası ölkələri arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
04.06.2014 [09:07]
İspaniyanın “EFE” Agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvo, Argentinanın “TELAM” Agentliyinin İnstitusional əlaqələrin inkişafı üzrə meneceri, Latın Amerikası ölkələri İnformasiya Agentlikləri Birliyinin (ULAN) sədri Xuan Manuel Fonruge, Argentinanın ölkəmizdəki səfirliyinin konsulu Qabriel Alexandro Xorquero iyunun 3-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olublar.
Qonaqlara AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilib. AzərTAc ilə İspaniyanın “EFE” və Argentinanın “TELAM” agentlikləri arasında yaxın əlaqələrin olduğunu söyləyən baş direktor Aslan Aslanov bu qurumların nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini də diqqətə çatdırıb.
Qeyd edilib ki, dünyada mövqeləri gündən-günə möhkəmlənən Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində əsas oyunçuya çevrilib. Artıq inkişafın Azərbaycan modeli aparıcı beynəlxalq qurumlar tərəfindən öyrənilir.
Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçiriləcəyini diqqətə çatdıran baş direktor Aslan Aslanov bu nailiyyətlərin artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açacağını xüsusi vurğulayıb.
Argentinanın “TELAM” Agentliyinin İnstitusional əlaqələrin inkişafı üzrə meneceri, Latın Amerikası ölkələri İnformasiya Agentlikləri Birliyinin (ULAN) sədri Xuan Manuel Fonruge yaxında ölkəsində “ANSUR” informasiya saytının fəaliyyətə başlayacağını diqqətə çatdırıb. Bu saytın Braziliya, Portuqaliya və digər ölkələrə çıxışının olacağını bildirən Xuan Manuel Fonruge saytda ispan, ingilis dili ilə yanaşı, Azərbaycan dilində də şöbənin açılacağının və ölkəmiz ilə bağlı ən son yeniliklərin, məlumatların yer alacağını bildirib.
Ölkəmizin turizm imkanlarının təbliğ olunması baxımından əhəmiyyətini söyləyən Xuan Manuel Fonruge argentinalı oxucuların bunun vasitəsilə Azərbaycan haqqında yeniliklərlə tanış olmaq imkanı əldə edəcəklərini də xüsusilə vurğulayıb.
Tərəflər növbəti illərdə hər iki agentlikdə müxbir məntəqələrinin açılacağı təqdirdə əlaqələrin daha da gücləndirilməsi məqsədilə hər cür şəraitin yaradılmasının mümkünlüyünü qeyd ediblər.
Ölkəmizin sürətli inkişafından məmnunluq duyduğunu bildirən və əməkdaşlığın informasiya sahəsində dinamik inkişafından danışan İspaniyanın “EFE” Agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvo təmsil etdiyi qurumda turizm bölməsinin fəaliyyət göstərdiyini və bu bölmədə Azərbaycan ilə bağlı şəkil, video, xəbərlərin yerləşdirilməsi ilə bağlı təkliflə çıxış edib.
Argentinanın ölkəmizdəki səfirliyinin konsulu Qabriel Alexandro Xorquero Azərbaycanın təbii ehtiyatlarla yanaşı, insan resursları ilə də zəngin olduğunu bildirmiş, ölkələrimiz arasında mədəniyyət, turizm sahəsindəki əməkdaşlığı daha da genişləndirməyin əhəmiyyətinə toxunub.
Görüşdə agentliklərimizin uğurlu əməkdaşlığının xalqlar arasında mətbuat sahəsində işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib, ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qonaqlar AzərTAc-ın Azərbaycan, ingilis, rus, fransız dillərində informasiya redaksiyalarının fəaliyyəti ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

