Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nikaraquanın xarici işlər naziri Milli Məclisdə olub

Nikaraquanın xarici işlər naziri Milli Məclisdə olub

10.07.2014 [10:10]

İyulun 9-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopez ilə görüşüb.
AzərTAc xəbər verir ki, Samuel Santos Lopezin Azərbaycana səfərinin Nikaraquadan ölkəmizə ilk yüksək səviyyəli rəsmi səfər olduğunu bildirən Ziyafət Əsgərov bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Z.Əsgərov Azərbaycan-Nikaraqua münasibətlərinin inkişaf etdirilməsinin, parlamentlərarası dostluq qrupunun yaradılmasının vacibliyini vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini nikaraqualı nazirə Azərbaycanda son illər bütün sahələrdə əldə edilmiş uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.
Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopez Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirib, ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi sahələrdə əməkdaşlığın inkişafının zəruriliyini qeyd edib.
Görüşdə Azərbaycan ilə Nikaraqua arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31