/ / Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərləri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində olublar
Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərləri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində olublar
10.07.2014 [10:19]
Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərləri iyulun 9-da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində olublar.
AzərTAc xəbər verir ki, Agentliyin sədri İnam Kərimov Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində müvafiq hüquqi bazanın formalaşdırılması, əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsinin təmin edilməsi ilə bağlı məlumatları diplomatların diqqətinə çatdırıb.
Bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Bununla yanaşı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlara uyğun quran və inkişaf etdirən dövlət orqanı qismində “Vahid məkan” prinsipinə əsaslanan qurumlardandır.
Qeyd edilib ki, “ASAN xidmət” mərkəzlərində 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 28 növ funksional yardımçı xidmətlər təşkil edilib.
Bildirilib ki, “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi xüsusi təqdim olunur. Odur ki, “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, uğurlu model olaraq digər ölkələrdə də tətbiqi təşviq edilməkdədir.
Diplomatlara 3 saylı “ASAN xidmət” mərkəzində tətbiq edilən yenilik - elektron müraciət köşkü barədə məlumat verilib. Bildirilib ki, vətəndaşlar mərkəzdən “108 Çağrı” mərkəzinə zəng edərək, canlı videobağlantı vasitəsilə xidmətdən yararlanıb razılıqlarını, təkliflərini, müraciətlərini bildirmək imkanı qazanırlar. Burada yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmətin “asan.gov.az” internet saytı vasitəsi ilə vətəndaşlar üçün online növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri müxtəlif orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılıb. “Elektron məlumat mərkəzi”nə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni doldura və eyni vaxtda çap etdirə bilər. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etmələrini asanlaşdırır.
Məlumat verilib ki, Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzində “Biometrik məlumatların toplanması sistemi” yaradılıb. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin götürülməsi, elektron imza və digər xüsusiyyətlərə malikdir.
Tanışlıq zamanı Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən o, “ASAN”dan yeni sürücülük vəsiqəsi, Rumıniyadakı səfir Fərid Abdinbəyov ümumvətəndaş pasportu, Polşadakı səfir Həsən Həsənov isə şəxsiyyət vəsiqəsi almaq üçün xidmətə müraciət ediblər.
Mərkəzdə yaradılmış şərait Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərində böyük maraq doğurub.
Xəbər lenti
Hamısına baxMEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17

