Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının III plenumu keçirilib
02.08.2014 [11:32]
Avqustun 1-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının IIl plenumu keçirilib.
AzərTAc xəbər verir ki, plenum iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, şəhidlərimizin və dünyasını dəyişmiş veteranların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra təşkilatı məsələlərə baxılıb və plenumun rəyasət heyətinin tərkibi təsdiq olunub. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev qurumun son altı ayda gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirib. Qeyd edilib ki, hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının artmasına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində daha yaxından iştirakına müsbət təsir göstərib.
Dövlətimizin başçısının veteranlara göstərdiyi diqqətdən bəhs edən məruzəçi bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu kateqoriyadan olan şəxslərə verilən müavinətlərin artırılması və avtomaşınla təmin edilməsi ilə bağlı sərəncamlar imzalayıb. Prezident İlham Əliyev Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü günündə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri ilə maraqlanıb. D.Rzayev bu diqqət və qayğıya görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Məruzəçi qeyd edib ki, II plenumdan ötən müddətdə Veteranlar Təşkilatı çoxsaylı tədbirlər, o cümlədən cəbhə bölgələrində və rayonlarda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirib.
2015-ci ildə faşizm üzərində Qələbənin 70-ci ildönümünü yüksək səviyyədə qeyd etməyə hazırlaşan təşkilat Azərbaycan xalqının Böyük Vətən müharibəsində rolunun geniş təbliği, ordu və xalq arasında münasibətlərin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirməyi də nəzərdə tutur. Veteranlar Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə MDB-nin müvafiq qurumları ilə əməkdaşlığı daha da gücləndirməyi əsas vəzifə kimi qarşıya qoyub.
Plenumda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nizamnaməsinə əlavə və dəyişikliklər edilib.
Sonra gündəlikdə duran bir sıra təşkilati məsələlərə baxılıb.
Qurumun rayon təşkilatlarının sədrləri plenumda çıxış edərək ötən müddətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Plenumda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Veteranlar Təşkilatının cəmiyyətimizin həyatında mühüm rol oynadığını bildirib. Vurğulanıb ki, dövlətimizin başçısı İlham Əliyev veteranların problemlərinə həmişə böyük diqqət göstərir, bununla bağlı tapşırıqlar verir. İşi lazımi səviyyədə qurmaq üçün Veteranlar Təşkilatına hər cür şərait yaradılır. Buna cavab olaraq veteranlar da öz işlərini gücləndirməli, fəaliyyətlərini Azərbaycan Prezidentinin tələbləri əsasında qurmağa çalışmalıdırlar.
Qarşıda duran vəzifələrdən danışan Ərəstun Mehdiyev diqqətə çatdırıb ki, əsas məqsədlərdən biri qurumun fəaliyyətinin təşkilatı baxımdan daha da canlandırılması və müasirləşdirilməsidir. Təbliğat və təşviqat işinin ardıcıl aparılmasının vacibliyini xüsusi vurğulayan Prezident Administrasiyasının rəsmisi ölkəmizdə müxtəlif sahələrdə qazanılan uğurların təhlil olunaraq geniş ictimaiyyətə, xüsusən gənc nəslə çatdırılmasında veteranların rolunu yüksək qiymətləndirib. Qeyd edilib ki, qarşıda duran daha bir mühüm vəzifə Veteranlar Təşkilatının beynəlxalq əlaqələrinin gücləndirilməsidir. Təşkilat ölkəmizin mənafelərindən irəli gələn məsələləri beynəlxalq qurumlar qarşısında vaxtaşırı qaldırmalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə xəttində baş verən proseslər və digər məsələlər barədə öz mövqeyini bildirməlidir. Kəlbəcər rayonu ərazisində girov götürülmüş vətəndaşlarımızla bağlı Minsk qrupunun həmsədr ölkələrinə veteranların müraciəti Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olardı. Təşkilat həm ölkə daxilində, həm də beynəlxalq arenada dövlətimizin, xalqımızın, cəmiyyətimizin mövqeyinin ifadə olunmasında öz sözünü deməlidir.
Ərəstun Mehdiyev yerlərdə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi məsələsində də Veteranlar Təşkilatının öz üzərinə düşən vəzifələrə yenidən baxmasının vacibliyini qeyd edib. Diqqətə çatdırılıb ki, gənclərlə mütəmadi görüşlər təşkil olunmalı, onlarla söhbətlər aparılmalıdır.
Plenumda Respublika Veteranlar Şurası adından insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə Kəlbəcər rayonu ərazisində azərbaycanlıların girov götürülməsi ilə bağlı bəyanat qəbul olunub, həmin şəxslərin təcili azad olunması tələb edilib.
Sonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində, veteran hərəkatında və veteranların sosial problemlərinin həllində fəal iştirak etdiklərinə görə bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45

