“BBC Azərbaycanca”nın növbəti ermənipərəst mövqeyi...
16.08.2014 [09:45]
Yaxud, bu gün ermənilərə işləyənlərin ifşa edilməsi “BBC Azərbaycanca”nın analoji fəaliyyətlə məşğul olan əməkdaşlarının “kürkünə birə salıb”
“İnformasiya əsri” sayılan XXI əsrdə qlobal güclər, imperialist maraqların xidmətçiləri məhz dezinformasiyalar yaymaqla, yalan və təxribat üzərində qurulmuş informasiyaları dövriyyəyə buraxmaqla, bu məqsədlərə hesablanan transmilli media şirkətləri qurmaqla öz üstünlüklərini möhkəmləndirməyə çalışırlar. Belə demək mümkündürsə, konkret olaraq hansısa missiyanı həyata keçirməyə hesablanaraq yaradılan həmin transmilli media qrupları siyasi manipulyasiya vasitəsinə çevrilərək milli dövlətlərə təzyiq mexanizmi rolunu həyata keçirirlər. Hər hansı yalanın informasiya şəklində yayılmasında və ya həqiqətin gizlədilərək fərqli donda təqdim olunmasında “böyük işlər” görən bu transmillli media qrupları milli dövlətlərdə aparılan siyasətə bu və ya digər şəkildə təsir göstərmək üçün bütün güclərini ortaya qoyurlar. Bu gün dünyanın bir sıra münaqişə ocaqlarına diqqət yetirsək və ya yaxın keçmişimizdə bir sıra ölkələrdə baş verən iğtişaşların yaranma prosesini təhlil etsək, görərik ki, həmin transmilli media qrupları orada xüsusi “fəallıqları” ilə seçiliblər. Bu qruplar, adətən zəif iradəli və ya şəxsi maraqlarını hər şeydən üstün tutan, milli kimlikdən uzaq olan şəxslərdən istifadə etməklə özlərinə sərf edən bir görüntü yaratmağa çalışırlar. Yəni, həmin şəxslərin “dili” və ya “qələmi” ilə onun öz ölkəsindəki “çatışmazlıqları” bəyan edir.
Sevindirici haldır ki, yüksək inkişafa malik Azərbaycan xalqı bu cür media qruplarının çirkin niyyətlərinin əsl üzünü görməyi bacarıb. Xalqımız bu transmilli qrupların bəzi “demokratiya aşiqlərinin” vasitəsilə antimilli planlar həyata keçirmələrinə imkan verməyib.
Azərbaycanın inkişafı ermənipərəstlərin yuxusunu ərşə çəkib...
Yüksək iqtisadi inkişaf yolu seçən Azərbaycan əldə etdiyi nailiyyətlərdən birmənalı şəkildə ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində səmərəli istifadə etməkdədir. Bu gün istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən dalana dirənən işğalçı Ermənistanın Azərbaycana qarşı olan bütün təxribat planları iflasa uğrayır. Məsələn, cəbhə xəttində igid Vətən oğulları canları və qanları bahasına düşmənə layiqli cavab verdiyi bir ərəfədə Bakıda ermənilərlə işbirliyində olan, onlara bəzi məlumatları ötürməklə pul qazanıb baş girləyən şəbəkənin kimliyi ifşa edildi. Digər tərəfdən, bir sıra xarici “mənbələrdən” pul alan, amma fəaliyyətində şəffaflığa riayət etməyən və dövlətin qanunlarını pozan, bununla yanaşı, “vətəndaş cəmiyyəti” pərdəsinə bürünərək bəzi qaranlıq işlərlə məşğul olan şəxslərin fəaliyyəti araşdırılır. Amma görünür ki, Azərbaycanın demokratik inkişafından narahat olanlar, o cümlədən, kimliklərinin açıqlanmasından, fəaliyyətlərinin “istiqamətlərinin” bəlli olacağından qorxanlar bu araşdırmaların qarşısına “sədd olmaq” üçün əldən-ayaqdan gedirlər...
“BBC Azərbaycanca” erməni təxribatlarının müdafiəçisi rolunda...
Məsələn, “BBC Azərbaycanca”... Birmənalı şəkildə antimilli xarakterə malik, fəaliyyətində qara piar metodundan kifayət qədər çox istifadə edən bu media strukturu və onun “danışan dili”nə çevrilən bəziləri öz kimliklərini açıb bu xalqa göstərir, kimlərlə işbirliyində, kimlərin xidmətində və dəstəkçisi olduqlarını cəmiyyətə nümayiş etdirirlər. Bir müddət öncə cəbhə xəttində yaranan gərginliyə “özünəməxsus”, daha doğrusu, ermənipərəst yanaşma sərgiləyən, Azərbaycanın erməni hücumlarına layiqli cavabından və müharibə ritorikasının səslənməsindən narahatlıq keçirən, Azərbaycan dövlətinə və xalqına qarşı hücuma keçən “BBC Azərbaycanca”nın ermənipərəst əməkdaşları ermənilərlə sinxron işbirliyində olduqlarını faş etmişdilər. Maraqlıdır ki, onların bu davranışları o qədər açıq oyun xarakteri daşımışdı ki, hər cümlələrində, hər fikirlərində Azərbaycan dövlətinə və xalqına qarşı kin-küdurətləri, ermənilərin maraqlarının “tapdanmasından” keçirdikləri qorxu açıq şəkildə izhar olunurdu.
Bu dəfə də analoji xəttə “sadiq” olduqlarını nümayiş etdirən “BBC Azərbaycanca” konkret olaraq cinayət faktlarına əsasən şübhəli qismində saxlanılan, o cümlədən haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin müdafiəsinə qalxıb.
Erməni kəşfiyyatına xidmət edənlərin “çulunu sudan çıxarmaq” “BBC Azərbaycanca”nın üzərinə düşüb
Amma “bu xına, o xınadan deyil”. Yəni, bu müdafiənin arxasında dayanan maraqlar heç də “demokratiyadan-filandan” qaynaqlanmır. Çünki bu yazının müəllifinin özü yazısında etiraf edir ki, həbs edilən şəxslər vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər hallar kimi konkret faktlara əsasən məsuliyyət daşıyırlar. Yəni, onların həbsində hər hansı bir siyasi faktorun olmamasını “BBC Azərbaycanca” özü etiraf edir. Sadəcə, yazının mahiyyəti ortadadır.
L.Yunusovanın və ya onun erməni əsilli həyat yoldaşı Arif Yunusov-Barseqyanın ermənilərlə şərikli fəaliyyətləri ilə bağlı istər elektron mediada, istərsə də sosial şəbəkələrdə kifayət qədər faktlar mövcuddur. Maraqlıdır ki, həmin yazılar dərc ediləndə və ya L.Yunusovanın ermənilərlə işbirliyində günahlandırılaraq həbs edilən Rauf Mirqədirovun işi ilə bağlı istintaqdan yayınaraq qaçmaq istəyəndə “BBC Azərbaycanca” ağzına su alıb oturmuşdu. Görəsən, bu gün erməni pulu ilə Azərbaycana hücum edən leyla nəcəflilər, famil ismayılovlar nə üçün dillənmirdilər? Yəqin ki, sərf etmirdi. Amma görünən odur ki, bu gün ermənilərə işləyənlərin ifşa edilməsi “BBC Azərbaycanca”nın analoji fəaliyyətlə məşğul olan əməkdaşlarının “kürkünə birə salıb”...
Famil İsmayılov, Leyla Nəcəfli kimi milli maraqlara zidd mövqe nümayiş etdirənlərin bir adı var-XƏYANƏTKAR!!!
Famil İsmayılov və Leyla Nəcəfli (yeri gəlmişkən, bu şəxs mərhum Nəcəf Nəcəfovun qızıdır. Radikal düşərgədə onun atasını böyük vətənpərvərlərdən biri sayırlar... Görəsən, qızını ermənilərin fikirlərini dəstəkləməyə məcbur edən nə olub...) kimilərinin erməni qazanının çömçəsinə çevrilmək arzularını çox görmüşük. Bir sıra maddi təminatların qarşılığında nəinki dövlətini, xalqını, hətta öz heysiyyatını satan belələri üçün əsas olan onlara verilən əmrlərdir. Erməni lobbisinin xidmətində dayanan transmilli media qrupunda Azərbaycana qarşı şər-şəbədə kampaniyasında özünü gözə soxmaq, xidmətçiliyin ən pik nümayişini ortaya qoymaq üçün yarışa girən belələri, görəsən, nə üçün keçmişə boylanıb baxmırlar? Bu gün ölkəmizin əldə etdiyi uğurların, nailiyyətlərin, demokratik inkişafın arxasında məhz Azərbaycan hakimiyyətinin xalqımızla yaratdığı vəhdət dayanır. Müharibə şəraitində olan bir dövlətin hər bir vətəndaşı, özünü azərbaycanlı adlandıran hər bir şəxsin milli maraqları qorumaq üçün səfərbər olması vacib şərtdir. Azərbaycan sözün bütün mənalarında demokratik bir ölkədir və ölkəmizdə fərqli siyasi düşüncənin daşıyıcıları normal siyasi fəaliyyətlərini göstərirlər. Famil İsmayılov və Leyla Nəcəfli kimiləri bilməlidirlər ki, milli maraqlara zidd mövqe tutmağın siyasi fərqliliyə dəxli yoxdur. Milli maraqlar məsələsində fərqli, dövlətçiliyə, xalqımıza zidd fəaliyyət ortaya qoyanların bir adı var-XƏYANƏTKAR!!!
“BBC Azərbaycanca”nın çirkin yalanları Azərbaycan ictimaiyyətinə təsir etmək iqtidarında deyil
Və sonda... “BBC Azərbaycanca”nın və ermənilərin əmrlərini gözüyumulu, qolubağlı həyata keçirən famil ismayılovların, leyla nəcəflilərin arzuları hər zaman arzu olaraq gözlərində qalıb. O cümlədən, “BBC Azərbaycanca” kimi bir sıra transmilli media strukturlarının Azərbaycana yönəlik planları tarixən iflasa uğrafıb. Çünki Azərbaycan xalqı öz dövlətinin, dövlətçiliyinin keşiyində möhkəm dayanıb. Hər “BBC Azərbaycanca” və ya yerindən qalxan hər yazar ermənipərəst yalanları ilə ictimai rəyi çaşdıra bilməzlər. Onların yeganə “qazancı” bu cür iyrənc yalanlarla öz kimliklərini növbəti dəfə Azərbaycan xalqına nümayiş etdirməkdir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

