Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da inkişafı üçün geniş potensial var

Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da inkişafı üçün geniş potensial var

02.09.2014 [09:17]

Sentyabrın 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər nazirinin müavini Samat Ordabayev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, E.Məmmədyarov iki ölkə arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qazaxıstanın Azərbaycana dəstəyini yüksək qiymətləndirib.
Azərbaycanın və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında dünən keçirilmiş növbəti üçüncü məsləhətləşmə haqqında məlumat verən Samat Ordabayev münasibətlərin daha da inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Görüşdə regional proseslər, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31