Bakıda “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans
13.09.2014 [10:51]
Sentyabrın 12-də Bakıda, “Jumeirah Bilgah Beach” otelində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi “ADEX 2014” çərçivəsində keçirilən konfransda yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri iştirak ediblər.
Müasir hərbi-texniki siyasət üzrə aktual məsələlərin müzakirə olunduğu konfransda Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək respublikamızın son illər beynəlxalq aləmdə qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, bu uğurlar onu deməyə əsas verir ki, artıq Azərbaycan bütün sahələrdə davamlı inkişafa nail olub. Bakıda keçirilən beynəlxalq sərgidə dünyanın 34 ölkəsindən 200-dən çox şirkət və rəsmi heyət iştirak edir. Sərgidə xeyli sayda ölkənin şirkət və özəl qurumlarının iştirak etməsi onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi qısa müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb. Hazırda dünyanın 34 ölkəsinin hərbi-sənaye kompleksi və digər aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq əlaqələri yaratmağa nail olmuşuq. Ümidvaram ki, sərginin keçirildiyi müddətdə tərəfdaşlarımızın sayı daha da artacaq.
Nazir diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi illərdən bu günədək uğurlu inkişaf yolu keçib. Xüsusilə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində respublikada siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilib. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması və ölkədə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin nazirliyə tabe edilməsi Azərbaycanda müdafiə sənayesinin inkişafına böyük təkan verib. Ötən müddətdə biz yeni və müasir istehsal sahələri yaradaraq davamlı inkişafa nail olmuşuq. Eyni zamanda, hərbi-texniki əməkdaşlıq sahəsinə də xüsusi diqqət yetirməklə müxtəlif beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq əlaqələri yaratmışıq.
Nazir xüsusi vurğulayıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Respublikamızın müharibə şəraitində olması nəzərə alınaraq Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri məhz Müdafiə Sənayesi Nazirliyinin yaradılması olub. Nazirliyin tabeliyinə verilmiş müdafiə sənayesi müəssisələrinin yenidən qurulması istiqamətində əməli işlər görülüb.
“ADEX 2104” sərgisinin dünyada sülhə və əməkdaşlığa xidmət edəcəyini deyən Yavər Camalov bildirib ki, 2016-cı ildə II Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək.
Konfransda çıxış edən Türkiyə Respublikası müdafiə sənayesi müsteşarı İsmail Demir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Biz bütün sahələrdə əməkdaşlıq edirik.
Onun sözlərinə görə, “soyuq müharibə”dən sonra ölkələr müasir silah-sursatdan ibarət hərbi komplekslərini yaratmağa, hər bir ölkə müstəqil şəkildə müdafiə sənayesi formalaşdırmağa çalışır. Çünki çətin, həlledici anlarda ölkələr bir-birilərinə inana bilmirlər. Müdafiə sənayesi güclü olmayan ölkələr isə böhran anlarında ciddi çətinliklərlə üzləşəcəklər.
İ.Demir qeyd edib ki, Türkiyədə hava qüvvələri, donanma, quru qoşunları sahəsində daha çox inkişaf platformaları yaradılıb, yeni məhsullar istehsal edilir, həmçinin elmi-tədqiqat sahələri inkişaf edir.
Türkiyənin müdafiə sənayesi məhsulları istehsal edən “MKEK” şirkətinin baş direktoru İzzet Artunc isə deyib ki, Azərbaycan müdafiə sənayesinin inkişafında əsas imkanlara malikdir. Müdafiə sənayesinin inkişafında əsas məsələ siyasi iradə, maliyyə gücü ilə bağlıdır və qardaş Azərbaycan bütün bunlara malikdir.
O vurğulayıb ki, “soyuq müharibə”dən sonra müharibə aparmaq konsepsiyaları dəyişib, informasiya müharibəsi başlayıb. İnformasiya texnologiyaları, məlumatın təhlili, silahların nəzarət altında saxlanılması üsulları inkişaf edib.
Sonra Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Richard Fontainenin, Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin və “Paramount Group” şirkətinin icraçı direktoru İvor İçikovitzin mövzu ilə bağlı məruzələri dinlənilib.
Məruzələr ətrafında fikir mübadiləsi aparılıb, dünyada baş verən münaqişələrdən və təhlükəsizlik məsələlərindən söz açılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyi qeyd olunub.
Konfransda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin hazırladığı film nümayiş etdirilib.
Sonra jurnalistlərin və iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

