Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunda olub
13.09.2014 [10:59]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri, akademik Akif Əlizadə Fondun əməkdaşları ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayev iştirak edib.
Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və hər bir əməkdaşın göstərilən etimadı doğruldacağına əminliyini ifadə edib.
Görüşdə O.Səmədov qonaqlara Fondun həyata keçirdiyi “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər”, “Docendo Discimus”, “Dini abidələrdə tarixin izləri”, “Auditoriya+”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Yaradıcılıq fakültələri”, “Məscidlərdə kitabxana”, “Epizod”, “Ustad və şəyird”, “Azərbaycan bayrağı” layihələri haqqında geniş məlumat verib.
Bilik Fondunun müxtəlif layihələr üzrə dəfələrlə bölgələrə ezam olunan əməkdaşları qardaşlaşmış Şuşa, Ağdam, Füzuli, Gəncə, Astara, Şəki, Gədəbəy, Biləsuvar və digər şəhər və rayonların orta məktəb şagirdlərinin layihədən faydalanması, dini abidələrin araşdırılması ilə bağlı geniş məlumat veriblər.
Akademik A.Əlizadə Bilik Fondunun qısa vaxtda gördüyü işlərdən razılığını bildirib, məktəblilərin biliklərinin artırılması, intellektual səviyyələrinin formalaşması, vətənpərvərlik hisslərinin yüksəldilməsi üçün həyata keçirilən layihələrin uğurlu nəticələrinə inamını ifadə edib. AMEA-nın prezidenti maariflənmə hərəkatına orta məktəblərlə yanaşı, ali məktəblərin də cəlb olunmasını, gənc alimlərin, eləcə də xaricdə yaşayan azərbaycanlı elm adamlarının potensialından faydalanmağın vacibliyini vurğulayıb.
Akademik A.Əlizadə AMEA-nın Bilik Fondunun bütün layihələrini dəstəkləməyə hazır olduğunu, akademiyanın müxtəlif institutlarında müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev tərəfindən Bilik Fondunun yaradılmasını Azərbaycan ziyalılarına göstərilən etimad kimi dəyərləndirən Dövlət müşaviri, akademik Kamal Abdullayev Himayəçilik Şurası sədrinin Fondun fəaliyyətinin daha səmərəli təşkil olunması istiqamətində görüşdə səsləndirdiyi təklif və tövsiyələri yüksək qiymətləndirib.
Daha sonra akademik K.Abdullayev Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Bilik Fondunun birgə həyata keçirəcəyi distant mühazirələr barədə məlumat verib. Bildirilib ki, bu layihə çərçivəsində Azərbaycanın 15 bölgəsində onlayn rejimdə virtual konfranslar təşkil olunacaq. Layihəyə cəlb olunacaq rayonlardan 300-dək sakin tanınmış yerli və xarici elm adamlarının virtual mühazirələrini dinləyəcək, konfranslara interaktiv yolla qatılacaq. Dövlət müşaviri vurğulayıb ki, Bilik Fondunun Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan “Ölkəmizi tanıyaq” tur-aksiyasının davamı olan müxtəlif layihələri çərçivəsində şagirdlərin Azərbaycanın müxtəlif bölgələrinə səfərləri təkcə onlara ölkəmizi tanıtdırmaqla məhdudlaşmır. Bu səfərlər həm də uşaq və yeniyetmələr, eləcə də bölgələrin ziyalıları arasında dostluq, qardaşlıq münasibətlərinin yaranmasına böyük təkan verir.
Görüşdə, həmçinin Bilik Fondunun gələcəkdə icra edəcəyi müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

