Azərbaycanda din-dövlət münasibətləri ölkə Konstitusiyasına əsaslanır
18.09.2014 [10:00]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yasamal rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib
Dünən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Yasamal rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib. Görüşdən öncə Mübariz Qurbanlı və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Yasamal rayonunun dini icmalarının nümayəndələri ilə görüş keçirməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu cür görüşlər dini icmaların gələcək fəaliyyəti, icmalar arasındakı münasibətlərin tənzimlənməsi, bütövlükdə, din-dövlət münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edir: “Dini məsələlər hər zaman aktual olmuşdur. Ona görə də bu cür məsələlərin müzakirəsi və həlli ölkə ictimaiyyətinin diqqətindədir”.
Azərbaycanda dini azadlıqlarının təmin olunduğunu deyən İbrahim Mehdiyev əlavə edib ki, ölkə Konstitusiyasında dini məsələlərə demokratik yanaşma öz əksini tapıb: “Bununla yanaşı, Azərbaycan qüdrətli dövlətdir, ona görə də heç bir qrup dini zəmində problemlər, qarşıdurma yarada bilməz”.
Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov çıxış edərək Yasamal rayonu ərazisindəki dini durum, dini icmaların fəaliyyət və vəziyyəti, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verib. “Rayon ərazisində 10 dini icma dövlət qeydiyyatına alınıb ki, onlardan 5-nin fəaliyyəti qanunlar əsasındadır. Müxtəlif dini konfessiyaların yaşadığı bölgədə icmalar arasında tolerant münasibətlər mövcuddur”.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Son illərdə ölkəmizdə milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran Mübariz Qurbanlı əlavə edib ki, hazırda Azərbaycanda dinlərarası münasibətlər tolerantlığa söykənir: “Ölkəmizdə din-dövlət münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanır. Azərbaycanda dini azadlıqlar, o cümlədən, vicdan azadlığı təsbit edilib. Ölkəmiz beynəlxalq səviyyədə tolerantlıq nümunəsi kimi xarakterizə olunur”.
Komitə sədri diqqətə çatdırıb ki, bütün bunlara baxmayaraq, bəzi qruplar, o cümlədən, dini icmalar müvafiq qanun və qaydaları pozmağa cəhd edirlər. “Azərbaycan dünyada İslam dünyasının bir hissəsi, İslam dininin yayıldığı ölkə kimi tanınıb və qəbul edilib. İslam bizim dinimizdir, ona görə də kimsə burada missionerlik edə bilməz. Azərbaycan missionerlik fəaliyyəti üçün yer deyil. Ölkəmizdə bu cür qanunsuz hallara, qeyri-qanuni fəaliyyətə qarşı qanunlar çərçivəsində tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Bununla yanaşı, maarifləndirmə işi aparılır və davam etdiriləcəkdir”.
“Azərbaycan xalqı müdrik və intellektualdır, ona görə də bu cür halları qəbul etmir. Azərbaycan dövləti yetərincə güclüdür, ölkəmizdə ictimai-siyasi həyatla yanaşı, din sahəsində də sabitlik mövcuddur”, - deyən Mübariz Qurbanlı əlavə edib ki, İslam dini daxilində bölücülük yaratmaq istəyənlər faktiki olaraq İslama zərbə vurmaqla məşğuldurlar.
Komitə sədri dini mərasimlərin keçirilməsi məsələsinə də toxunub. Mübariz Qurbanlı deyib ki, ölkədə dini mərasimləri qanunvericilikdə də nəzərdə tutulduğu kimi, ancaq din xadimləri icra edə bilərlər: “Bu, dünyanın hər yerində belədir. “Dini etiqad azadlığı haqqında” Qanunda aydın göstərilib ki, dini mərasimləri ancaq qeydiyyatı və icazəsi olan din xadimləri həyata keçirə bilərlər”.
“Bunlarla yanaşı, yas mərasimlərində israfçılığın aradan qaldırılması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir. Bu məsələylə əlaqədar müvafiq tövsiyələr verilib. Artıq maarifləndirmə tədbirləri və tövsiyələr öz nəticələrini verməkdədir.
Bildiyimiz kimi, bütün səmavi dinlər, o cümlədən İslam dini israfçılığa qarşı çıxır. Ona görə də yas mərasimlərində israfçılığın aradan qaldırılması məsələsi mühüm əhəmiyyət kəsb edir”, - deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əlavə edib.
Tədbirdə dini icmaların nümayəndələri, din xadimləri çıxış edərək öz fikirlərini bildiriblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02

