Azərbaycan ilə İtaliyanın dostluq münasibətləri möhkəm köklərə əsaslanır
19.09.2014 [09:51]
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillo AzərTAc-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab səfir, Azərbaycan ilə İtaliya arasında əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Əvvəla qeyd edim ki, Azərbaycan son illərdə sürətli inkişafı ilə bütün dünyanın diqqətini cəlb edir. Dünyada iqtisadi və maliyyə böhranının hökm sürdüyü bir şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Diplomatik fəaliyyətim müddətində mən bunun əyani şahidi oldum.
Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli əlaqələr var. Bir çox sahələrdə birgə maraqları paylaşan ölkələrimizin dostluq münasibətləri möhkəm köklərə əsaslanır. Əminəm ki, əməkdaşlığımız gələcəkdə yeni istiqamətlər üzrə daha da genişlənəcək. Biz hazırda ticarət və enerji sahələrində əlaqələrimizin daha da dərinləşməsinə çalışırıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyul ayında İtaliyada rəsmi səfərdə oldu və Prezident Ciorcio Napolitano ilə görüşdü. Səfər çərçivəsində bir çox sahələrdə ikitərəfli müqavilələr imzalandı. Prezident İlham Əliyev və Baş nazir Matteo Renzi tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul olundu.
“Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı Bakıda keçiriləcək tədbirlərdə İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək. Təbii ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişafına təkan verir.
Biz əlaqələrimizi bütün istiqamətlərdə, xüsusilə ticari-iqtisadi sahədə daha da inkişaf etdirməkdə maraqlıyıq. Ölkənizdə iş adamlarının fəaliyyəti üçün əlverişli şərait var. İtaliya şirkətləri də bu şəraitdən maksimum istifadə etməyə çalışırlar. Bu, hər iki tərəf üçün çox faydalıdır. İtaliyalı iş adamlarının Azərbaycana investisiya yatırmaları, eləcə də İtaliya mədəniyyətinin Azərbaycanda daha geniş təbliği üçün yaxşı imkanlar yaradılıb.
Xüsusilə qeyd etməliyəm ki, İtaliyada da son vaxtlar Azərbaycana maraq xeyli artıb. Azərbaycan hökuməti ölkəniz haqqında məlumatların digər dövlətlərdə olduğu kimi, İtaliyada da geniş miqyasda təbliğ olunması istiqamətində mühüm işlər görür.
Mədəniyyət sahəsində əlaqələrimizin inkişafı üçün də xeyli işlər görülüb.
Mən Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində Romada “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə yardımı göstərilməsi ilə bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Roma şəhər meriyası arasında imzalanmış sazişi xatırlatmaq, xüsusilə Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətini vurğulamaq istəyirəm. Romada dünyanın ən önəmli arxeoloji komplekslərindən biri olan Aleksandria ərazisində qazıntıların aparılması ilə bağlı Azərbaycan tərəfinin bu yardımı şəhərin mədəni dəyərlərinin qorunub saxlanılması baxımından vacib addımdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Roma katakombalarının bərpası, Kapitolini Muzeyinin “Filosoflar zalı”nda aparılan təmir işləri, ümumiyyətlə Fondun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Biz bir daha Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna İtaliya mədəniyyətinin dünya irsi kimi qəbul olunmasına verdiyi töhfələrə görə minnətdarıq.
Mədəniyyətlərarası əlaqələrdən söz düşmüşkən qeyd etməliyəm ki, bu yaxınlarda İtaliyanın Verona şəhərindəki məşhur “Arena Di Verona” amfiteatrında keçirilən Azərbaycan musiqisi konserti ölkənizin mədəniyyətinin İtaliyada təbliği baxımından böyük önəm daşıyır. Əminəm ki, Azərbaycanda və İtaliyada hər iki ölkənin mədəniyyətlərinin qarşılıqlı təbliği üçün görülən işlər davam etdiriləcək. Onu da qeyd edim ki, Azərbaycan “Milan Expo 2015” sərgisində geniş pavilyonla təmsil olunacaq.
- Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz?
- Enerji sahəsində əməkdaşlıqdan danışarkən mən ilk növbədə “Trans-Adriatik” (TAP) boru kəməri layihəsini qeyd etməliyəm. Bu, “Cənub” qaz dəhlizi üçün çox əhəmiyyətli layihədir. Avropa İttifaqına üzv ölkələr üçün vacib olan bu layihə enerji təchizatının şaxələndirilməsi, İtaliyanın və digər ölkələrin enerji resurslarına tələbatının ödənilməsi istiqamətində töhfələrini verəcək. Beləliklə, “Cənub” qaz dəhlizinin işə düşməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti daha da artacaq. Bildiyiniz kimi, yaxın günlərdə Bakıda “Cənub” qaz dəhlizinin genişləndirilməsi layihəsi üzrə təməlqoyma mərasimi keçiriləcək. Bu, ölkələrimiz arasında strateji əməkdaşlıqda mühüm hadisə olacaq. Əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyması enerji təhlükəsizliyinin təmin olunması baxımından ölkələrimiz üçün çox vacibdir.
Azərbaycan dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək zəngin neft və qaz yataqlarına malikdir. Avropanın isə enerji marşrutlarının şaxələndirilməsinə ehtiyacı var. Azərbaycanın enerji resurslarını Avropaya ixrac etməsi regionda davamlı inkişafa şərait yaradır.
Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və strateji baxımdan bu, böyük əhəmiyyət kəsb edir. Artıq bir çox ölkələr Azərbaycanın enerji sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır.
Azərbaycan ilə Avropa İttifaqı enerji və təhlükəsizlik sahələrində uğurla əməkdaşlıq edir. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək.
Onu da əlavə edim ki, İtaliya enerji ilə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində də Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir.
- Cənab səfir, İtaliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini bilmək istərdik.
- Təbii ki, bu, çox ağrılı mövzudur. Mən bu münaqişənin necə əziyyətlər yaratdığını yaxşı başa düşürəm. Hesab edirəm ki, bu problem sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Regionda sülh və sabitlik təmin olunmalı, qorunub saxlanmalıdır. Mövcud status-kvonun saxlanılması münaqişənin həllinə əngəl törədir. Təbii ki, bununla bağlı Azərbaycanın mövqeyi başadüşüləndir. Ümid edirəm ki, ATƏT-in Minsk qrupunun səyləri problemin həlli istiqamətində uğurlu nəticəyə gətirib çıxaraq.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

