Yeni Azərbaycan Partiyasında bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə edilib
27.09.2014 [10:44]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında partiyanın rayon və şəhər təşkilatları üzrə seçki qərargahı üzvlərinə treninqlərin keçirilməsi ilə bağlı müşavirə keçirilib. Müşavirədə 2014-cü ilin dekabr ayında Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə edilib.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, partiya seçkilərə hazırlıq məsələlərini xüsusi diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, YAP İdarə Heyətinin müvafiq qərarına əsasən seçkilərlə əlaqədar tədbirlər planı müəyyənləşib.
YAP-ın böyük seçki təcrübəsinin olduğunu deyən S.Novruzov qeyd edib ki, bununla belə bu istiqamətdə daim müasir seçki texnologiyaları öyrənilir və istifadə olunur. Eyni zamanda, seçki orqanlarında çalışan partiya üzvlərinə və bu prosesdə fəallıq göstərən üzvlərə öz seçki biliklərini artırmaq məqsədi ilə treninqlər keçirilir.
“Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar da treninqlərin keçirilməsini nəzərdə tuturuq. Biz ötən seçkilərdə də bu praktikadan istifadə etmişik və müsbət nəticələrini də həmişə hiss edirik. Çünki partiyamızın fəalları bu treniqlər vasitəsilə seçki biliklərini və təcrübələrini daha da artırırlar. Biz həmişə çalışırıq ki, qanunvericiliyə uyğun olaraq seçki kampaniyasına rəsmi start verildikdən sonra bütün prosedur qaydalarına əməl edək. Namizədlərin irəli sürülməsi, onların xeyrinə imzaların toplanması, seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin müəyyənləşməsi, təbliğat qruplarının yaradılması və s. məsələlər qarşımızda dayanan vəzifələrdir. Biz çalışmalıyıq ki, bu vəzifələrin öhdəsindən layiqincə gələk. Ona görə də, seçkilərə rəsmi start verilənə qədər üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Daha sonra isə seçki dövründə qanunvericiliyə uyğun olaraq bütün addımlar atılacaq. Artıq tədbirlər planına uyğun olaraq rayonlarda seçki qərargahlarımız yaradılıb” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Toplantıda seçkilərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20

